Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhmədzadənin kürəkəni tarixi binada yeni obyekt aldı: Yüzlərlə ailənin həyatı təhlükədə

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin kürəkəni, polis zabiti İlham Rəcəbovun Bakıda aldığı yeni obyekt narazılıqlara səbəb olub

Yasamal rayonu, Hüseyn Cavid pr, 520 kvartal, ev 19, mən 30 ünvanında İlham Rəcəbovun övladlarından birinin adına aldığı mağaza qonşuları narahat etməyə başlayıb. Belə ki, polis polkovniki yeni obyektinin genişləndirilməsi üçün sözügedən ünvanda bir mənzil də alıb və həmin mənzillə yeni obyekti arasındakı divarı sökdürüb. Məşhur “Ağ Ciçəyim” gul mağazasının fəaliyyət göstərdiyi arxitekturalı binanın istinad divarının sökülməsi həmin binada yaşayan sakinlərin həyatı üçün təhlükə yaradıb.

Sakinlərin Yasamal rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyi və başqa müvafiq qurumlara etdiyi şikayətlərə baxmayaraq, İlham Rəcəbov arxitekturalı binada təmir işləri aparmaqda davam edir. İcra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi isə sakinlərin şikayəti ilə bağlı heç bir tədbir görməyib. Hələ də yüzlərlə ailənin yaşadığı tarixi binanın istinad divarının sökülməsinin sakinlərin həyatı üçün təhlükə yaratdığının fərqində deyillər.

Görünür, İlham Rəcəbov müvafiq qurumları özünəməxsus yollarla razı saldığından ona “gözün üstə qaşın var” deyən tapılmır.

İlham Rəcəbovun qanunsuz əməlləri ilə bağlı etirazlarını davam etdirəcəyini deyən sakinlər AzToday.az-a bildiriblər ki, həyatları üçün yaranan təhlükənin qarşısı alınmayacağı təqdirdə aksiyalara başlayacaqlar. Çünki başqa əlacları qalmayıb.

Qeyd edək ki, istifadəyə verilmiş bina və qurğularin yükdaşıyan inşaat konstruksiyalarınını müvafiq qurumların icazəsi olmadan sökülməsi birbaşa cinayət işinin başlanması üçün əsas verir.

Polis polkovnikinin sakinlərin həyatı üçün yaratdığı təhlükə ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən və Fövqəladə Hallar Nazirliyindən münasibət öyrənmək mümkün olmadı…(AzToday.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar