Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropanın və Britaniyanın “Breksit” bəlası: Çözüm yolu tapılacaq?

Ekspert: “Əgər razılaşma olmadan ayrılma, yəni sərt “Breksit” baş verərsə, bu zaman Avropa Birliyi və Böyük Britaniya iqtisadiyyatına ciddi ziyan ola bilər”

“Böyük Britaniyanın baş naziri Tereza Mey yeni referenduma getmək istəmir. Çünki yeni referendumda məğlubiyyət xalq tərəfindən Tereza Meyin partiyasına güvənsizliyi göstərəcək”.

Bu sözləri Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli Böyük Britaniyada bir neçə aydır davam edən “Breksit” böhranını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, 23 iyun 2016-cı ildə Böyük Britaniyada Avropa İttifaqından çıxmaqla (Brexit) bağlı referendum keçirilib. Lissabon razılaşmasının 50-ci maddəsinə əsasən Böyük Britaniya 2 il müddətində, 29 mart 2019-cu ilə qədər Avropa İttifaqını tərk etməlidir. Lakin martın 29-da Avropa İttifaqını tərk etməli olan Böyük Britaniya öz içində bu problemi həll edə bilmir. Belə ki, hazırda ana müxalifət İşçi Partiyası (leyboristlər) “Breksit” müzakirələrinin dalana dirəndiyini və parlament seçkilərinin keçirilməsini gündəmə gətirib. Böyük Britaniyanın baş naziri Tereza Mey isə öz növbəsində bildirib ki, Avropa Birliyi üzvlüyündən rəsmən ayrılacağı vaxta qədər parlament seçkilərinin keçirilməsi “milli maraqlara uyğun deyil”.

Bundan əvvəl isə Britaniya parlamenti Avropa İttifaqı ilə Böyük Britaniya höküməti arasında razılaşdırılmış və Avropa İttifaqı tərəfindən təsdiqlənmiş “Breksit” layihəsini rədd etmişdi. Parlamentdə keçirilən debatlardan sonra “Breksit” layihəsinin əleyhinə 402 deputat səs vermişdi. Terza Mey sadəcə 202 parlament üzvünün dəstəyini qazana bilmişdi.

Xatırladaq ki, “Breksit”lə bağlı ən son plan Tereza Mey hökuməti tərəfindən keçən ilin noyabrında təsdiq olunmuşdu. Həmin layihə əsasında, Böyük Britaniya bu ilin mart ayının 29-da AB-ni qəti olaraq tərk etməli idi. Onu da qeyd edək ki, Avropa Birliyi Komissiyası Böyük Britaniyanın hər hansı saziş olmadan ayrılması halında təcili tədbirlər planının hazır olması ilə bağlı xəbərdarlıq edib.

“Breksit”in Britaniya parlamentində rədd edilməsindən sonra İşçi Partiyasının tələbi ilə Tereza Mey hökümətinə etimad səsə qoyulub. İcmalar Palatasında (Böyük Britaniya parlamentinin aşağı palatası) keçirilən səsvermədə 325 deputat Tereza Meyə etimad göstərib. 306 deputat isə onun əleyhinə səs verib.

Hazırda iflasa uğrayan “Breksit” ucbatından Böyük Britaniya hökümətində və ümumilikdə cəmiyyətdə qlobal böhran yaşanmaqdadır. Böhrandan çıxmaq üçün Tereza Mey höküməti müxtəlif yollar axtarmaqdadır. Lakin müxalifət heç bir halda Meyin təkliflərinə razılaşmayacağı görünür.

Maraqlıdır ki, təqribən iki ay müddətində Britaniya hökümətinin “Breksit” böhranını çözə bilməsi mümkün görünürmü? Britaniyanın Avropa İttifaqından normal şəkildə ayrılması mümkün olmasa, İstər Avropa Birliyində, istərsə də Böyük Britaniyada iqtisadi, maliyyə və siyasi kataklizmlər gözlənilirmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı Natiq Cəfərlinin fikirlərini öyrənib.

Natiq Cəfərli: ““Breksit”in uzanması, həmçinin Britaniya biznesi və bank sektorunda böyük problemlərin yaşanması, böyük şirkətlərin baş ofislərinin Britaniya bazarından çıxaraq kontinental Avropa, Fransa, Frankfurta köçürülməsi əhali arasında da ciddi narahatlıq yaradıb”.

Britaniya parlamentinin “Breksit” böhranını çözə bilməməsi təqdirdə Böyük Britaniyanın baş naziri Tereza Meyin istefaya gedəcəyinin gözlənilən olduğunu vurğulayan REAL-ın icraçı katibi Natiq Cəfərliyə görə, bu fonda erkən parlament seçkilərinin keçirilməsi də real görünür:

“Əslində “Breksit”lə bağlı doğrudan da çox maraqlı və dolaşıq proseslərin baş verdiyini görürük. Çünki Britaniya əhalisinin özü də “Breksit”ə səs vermişdi və bu qərar səsvermədə çox az üstünlüklə keçmişdi. Təxmini 52-nin 48-ə olan çox fərqlə “Breksit” qərarı qəbul olunmuşdu. Bu prosesin uzanması, həmçinin Britaniya biznesi və bank sektorunda böyük problemlərin yaşanması, böyük şirkətlərin baş ofislərinin Britaniya bazarından çıxaraq kontinental Avropa, Fransa, Frankfurta köçürülməsi əhali arasında da ciddi narahatlıq yaradıb. “Breksit”in növbəti referendumu baş verəcəksə, qərarın əleyhinə səs verənlərin sayının daha çox olması gözlənilir.

Lakin Böyük Britaniyanın baş naziri Tereza Mey yeni referenduma getmək istəmir. Çünki yeni referendumda məğlubiyyət xalq tərəfindən Tereza Meyin partiyasına güvənsizliyi göstərəcək. Bu halda isə Tereza Mey və komandası istefa getməyə məcbur olacaq. Ona görə də T.Mey yeni “Breksit” referendumunu təyin etmək istəmir. Bunun üçün növbəti səsvermə uzadılır. Səbəb oldur ki, bu səsvermənin nəticələrinə görə qərar veriləcək.

Natiq Cəfərli: “Növbəti səsvermədən sonra Tereza Meyin təklif etdiyi proqram qəbul olunmasa, erkən parlament seçkiləri təyin olunacaq”.

Görünən odur ki, Tereza Meyin təklif etdiyi “Breksit” planı parlamentarilər, həm hakim Mühafizəkarlar partiyası, həm də müxalifət partiyaları tərəfindən heç də xoş qarşılanmır. Çünki yeni qanun təsdiq olunsa, Britaniya təqribən 40 milyard funt sterlinqdən çox ziyana düşə bilər. Bu ziyana düşmək istəmirlər və bunun üçün Avropa Birliyinin üzərinə daha çox öhdəlik qoymaqla, məsələni həll etmək istəyirlər. Bu isə Avropa Birliyini ciddi narahat edir. Onlar Böyük Britaniyanın təklif etdiyi “Breksit” anlaşması ilə razılaşmaq istəmirlər və razılaşa bilməzlər. Çünki bu halda Avropa İttifaqı ciddi siyasi və iqtisadi ziyanla üzləşəcək. Bu baxımdan vəziyyət çox qəlizdir.

Parlamentdəki növbəti səsvermədə “Breksit”lə bağlı qərar verilməsə və ya təxirə salınsa, Tereza Meyin istefası və yeni növbədənkənar parlament seçkilərinin təyinatı mümkündür. Bu isə Britaniya iqtisadiyyatında qeyri-müəyyənliyin davam etməsinə və çalxalanmalara səbəb olacaq.

Ən azından bu səsvermədə “Breksit” təsdiqlənməsə, yeni seçkilərin olması və xalqdan güvən alan yeni parlamentin “Breksit”lə bağlı danışıqlara başlaması və prosesin daha da uzanması baş verə bilər. Artıq fikirlər səsləndirilir ki, “Breksit”lə bağlı anlaşmanı ən azı 3 il uzatmaq lazımdır. Yəni, 3 ildən sonra bu məsələyə bir daha qayıtmaq olar. Hesab edirəm ki, gedişat maraqlı olacaq. Növbəti səsvermədən sonra Tereza Meyin təklif etdiyi proqram qəbul olunmasa, erkən parlament seçkiləri təyin olunacaq.

Natiq Cəfərli: “Artıq fikirlər səsləndirilir ki, “Breksit”lə bağlı anlaşmanı ən azı 3 il uzatmaq lazımdır. Yəni, 3 ildən sonra bu məsələyə bir daha qayıtmaq olar. Hesab edirəm ki, gedişat maraqlı olacaq”.

Onu da qeyd edim ki, “sərt Breksit” deyilən bir anlayış var. Əgər razılaşma olmadan ayrılma, yəni “sərt Breksit” baş verərsə, bu zaman Avropa Birliyi və Böyük Britaniya iqtisadiyyatına ciddi ziyan ola bilər. Çünki anlaşmalar olmayacaq və biznesin hansı qaydalarla işləməsi üçün əldə sənəd və ya yol xəritəsi olmayacaq. Bu zaman isə sərt “Breksit” modeli baş tuta bilər və çox güman ki, Britaniyadan böyük şirkətlərin baş ofisləri daha sürətlə Avropa Birliyi məkanına köçəcək.

Əlbəttə, bu vəziyyət Britaniya iqtisadiyyatında böyük təlatümlərə və digər problemlərə səbəb ola bilər”.

Gülşən ŞƏRİF
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar