Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifəti gücləndirən həbslər...

Politoloq: “Siyasi fəalların azad edilməsi ilə yaradılmış süni mif pərdəsi aradan qalxmış olar”

Dəfələrlə müşahidə olunub ki, həbs edilən siyasi şəxs həbsxanada olduğu müddətdə xeyli tərəfdar toplayıb. Lakin həmin şəxs azadlığa çıxdıqdan sonra siyasi bacarıqsızlığı nəticəsində ona simpatiyası yaranan insanları özündən uzaqlaşdırıb.

Belə bir fikir də formalaşıb ki, həbslər müxalifəti, müxalif şəxsləri gücləndirir. Azərbaycanın siyasət tarixində bu fikri təsdiqləyən çoxsaylı hadisələr olub. İndi də müxalifət cəbhəsindən bir neçə nəfər həbsxanadadır və istər sosial şəbəkələrdə, istərsə də beynəlxalq qurumlara müraciətlərində müxalifət nümayəndələri bu şəxslərin adlarından hərtərəfli istifadə edirlər. Bütün bu proseslərin qarşısını almaq üçün hakimiyyət hazırda həbsdə olan siyasilərin hamısını azad edə bilərmi?

Bu arada onu da qeyd edək ki, mart ayında - Novruz bayramı ərəfəsində əfv sərəncamının veriləcəyi və Avropanın diqqət mərkəzində olan siyasilərin azadlığa buraxılacağı bildirilir. Əfv Komissiyasının iclası hələ keçirilməsə də, üzvlərinin sözlərinə görə, yaxın zamanlarda bu iclas gözlənilir.

Eyni zamanda İnsan Haqları üzrə Birgə İşçi Qrupu da məhbusların siyahısını hazırlayaraq, artıq Əfv Komissiyasına göndərib.

“Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, bu, həm də bir humanizm məsələsidir:Azərbaycanda həbsdə olan adama hər zaman deyirlər ki, Allah qapını açsın. Yəni bu, humanizm, insan şəxsiyyətinə hörmət və ehtiram göstəricisidir. Müxalifətçi, hansısa idealogiyanın daşıyıcısı olsalar da insanlar həbsdədirlər və azadlığa çıxsalar, daha yaxşıdır. Ölkə prezidenti İlham Əliyev də hər zaman humanizm prinsiplərinə sadiq qalaraq, həbsdə olanları tez-tez əfv edir. Bəli, bu gün ölkəmizlə bağlı müəyyən fikirlər səsləndirilir. Avropa Birliyində, Avropa Şurasında müxtəlif yanaşmalar var. Hətta həmin həbsdə olanların bir qisminin siyasi motivlərlə həbsə atıldığını iddia edirlər. Bunun nə dərəcədə doğru olub-olmamasının mahiyyətinə varmadan demək istəyirəm ki, ”siyasi məhbus" terminini birdəfəlik aradan qaldırmaq üçün hüquq-mühafizə, beynəlxalq təşkilatların siyasi məhbus elan etdiyi adamları azad etmək olar. Bundan əlavə də xəstələr, yaşı keçmiş adamlar, dövlət qarşısında xidməti olan şəxslərin həbsdə saxlanmasının ictimai əhval-ruhiyyə üçün müsbət təsiri yoxdur. Əksinə, ictimai əhval-ruhiyyədə bu, qıcıq reaksiyası doğurur. Nə qədər izah edilsə də cəmiyyətdə bundan siyasi məqsədlər üçün istifadə edənlər də var. Eyni zamanda ictimaiyyətdə həmin adamlara qarşı əzabkeş obrazı kimi yanaşma halları da müşahidə olunur.

Bu səbəbdən də onların şəxsiyyətlərinə qarşı müxtəlif simpatiyalar, o qədər də gerçək olmayan ifadələr işlədilir. Məsələn, İlqar Məmmədov həbsdə olanda daha populyar idi. Azadlığa çıxdı, müəyyən testlərdən keçdi və bir neçə uğursuz bəyanat səsləndirdi. Nəticədə çox qısa bir müddətdə o, həbsxana dövründə yığdığı siyasi dividentlərin demək olar ki, bir qismini xərclədi. Bütün bunların fonunda əvvəlki populyarlığını demək olar ki, itirdi. Ola bilər ki, ona müəyyən rəğbət bəsləyənlər var. Çünki partiya sədridir. Ancaq içəridə elə adamlar var ki, onlar partiya sədri deyillər və böyük siyasi həyat yolu keçməyiblər. Onların azad edilməsi Azərbaycan cəmiyyətində həm humanizm prinsiplərinin bərqərar olunduğunu bir daha isbatlayar, həm də o adamların ətrafında yaradılmış mif pərdəsi aradan qalxmış olar. Bu, eyni zamanda ölkədə həmrəyliyə, dövlətin humanist təbiətinə dəlalət edən amillərdən olduğuna görə, dövlətin imicinin daha da möhkəmlənməsinə xidmət edər".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar