Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

15 yaşlı Azərbaycan idmançısı hər kəsi heyrətləndirdi - Video

Yanvarın 23-də Minskdə fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürüb

Çempionatda Azərbaycan iki idmançı ilə təmsil olunur.

Qadınların yarışında ölkəmizi təmsil edən 15 yaşlı Yekaterina Ryabova qısa proqramda 59,95 balla yeddinci yeri tutub.

Ümumilikdə qısa proqramda 36 idmançı iştirak edib, onlardan ən yaxşı göstəricisi olan 24 nəfər yanvarın 25-də sərbəst proqramda iştirak etmək hüququ qazanıb.

Mütəxəssislər Azərbaycan təmsilçisinin çıxışını gözlənilməz adlandıraraq, onu turnirin favoritlərindən biri kimi qiymətləndiriblər. Bunu tribunaların reaksiyasından da hiss etmək olardı.

Y.Ryabova özü də çıxışından razı qaldığını bildirib.

“Qısa proqramda yaxşı nəticə göstərmək istəyirdim və bu, alındı. Həyatım boyu belə nüfuzlu yarışlarda iştirak etməyi arzulamışam, çox xoşbəxtəm ki, mənim Avropa çempionatında debütüm yaxşı alınır”, - deyə o jurnalistlərə açıqlamasında vurğulayıb.

Ryabova qeyd edib ki, rəsmi məşqlərdə çox həyəcanlı olub, lakin buz üstünə çıxdıqdan sonra sakitləşməyi bacarıb.

İdmançı azarkeşlərə də təşəkkür etməyi unutmayıb:

“Böyük dəstək var idi, tribunalara təşəkkür edirəm”, - deyə o bildirib.

Qeyd edək ki, yanvarın 24-də digər Azərbaycan təmsilçisi 17 yaşlı Vladimir Litvinçev kişilərin yarışında öz məharətini göstərəcək. (Oxu.Az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Ən çox oxunanalar