ABŞ-ın sanksiyalarına baxmayaraq, İran öz neftini satmaq üçün müxtəlif yollar axtarır
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani deyib.
Ölkəsinin bölgədəki geosiyasi mövqeyindən danışan H.Ruhani İranın qlobal enerji bazarından çıxarılacaq bir ölkə olmadığını söyləyib: “Biz neftin istehsalı və satışına dair əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik”.
pia.az