Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu şəhərlər avtomobildən imtina etməyə hazırlaşır - Siyahı

Dünyada bir sıra şəhərlərin idarəçiləri tıxacların sayını azaltmaq, ekologiyanı yaxşılaşdırmaq, mərkəzdə yaşayanlara sakit həyat təmin etməyə çalışırlar

Pia.az ölkə.az-a istinadən bildirir ki, bu məqsədlə müxtəlif şəhərlərdə müxtəlif üsullara əl atılır. Məsələn, bəzilərində köhnə buraxılış ili olan maşınlar mərkəzə buraxılmır, bəzilərində isə parkinq qiyməti artırılır, bəzilərində ictimai nəqliyyat növündən başqa digər avtomobillər şəhərə buraxılmır. Avtomobildən tam imtina etməyə hazırlaşan şəhərlərin siyahısını təqdim edirik.

Paris

2018-ci ilin tədqiqatları göstərdi ki, Paris MoskvaLondonla birlikdə ən çirkli havası olan Avropa şəhərləri siyahısında ilk üçlüyə daxil olub. Şəhər meri bu reytinqə reaksiya verdi və iki vacib qərar qəbul etdi. Bundan sonra 1997-ci ilə qədər istehsal edilən avtomobillər istirahət günləri şəhər mərkəzinə girə bilməz.

Hər ayın ilk bazar günü isə maşınsız gün keçirilir. Səhər saat 10-dan axşam saat 18:00-a qədər Parisin mərkəzinə bir çox avtomobilin girişi qadağan edilir. Mərkəzdəki rayonlarda yaşayan sakinlər üçün istisna edilib. Taksi və ictimai nəqliyyat 20 km/saat sürətlə hərəkət edə bilərlər.

Mexiko

Meksikanın paytaxtı ən çox çirklənmiş şəhərlərdən sayılır. Şəhər hökuməti ekologiyanı yaxşılaşdırmaq üçün müəyyən addımlar atıblar. 2008-ci ildən şənbə günləri avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

2017-ci ildə aparılan tədqiqat isə məlum etdi ki, bu addımla da ekologiyanı yaxşılaşdırmaq mümkün olmayıb. Məlum olub ki, insanlar öz avtomobillərindən imtina etsələr də, aktiv şəkildə taksi və karşerinqdən istifadə ediblər. Şəhər sakinləri üçünü avtomobildən imtina edib ictimai nəqliyyata minmək çox çətindir.

Kopenhagen

Kopenhagendə adam başına düşən avtomobil sayına görə Avropada ən aşağı reytinqdədir. Bunun səbəbi isə şəhərdə velosipedçilərin aktiv dəstəklənməsidir. Onlar üçün təkcə velosiped cığırları yox, avtomobillərin girişi qadağan edilən velo magistrallar da salınıb.

Bundan başqa, 2030-cu ildə benzin və dizel avtomobillərin, 2035-ci ildə isə hibrid mühərrikli avtomobillərin satışı qadağan ediləcək.

Brüssel

2030-cu ilə qədər Brüsseldə dizellə çalışan avtomobillər qadağan ediləcək. Hələlik isə, köhnə buraxılış ili olan avtomobillərlə bağlı ciddi addımlar atılır. Şəhərdə qurulan yüzlərlə kamera bu avtomobillərin harada hərəkət etdiyini və sahiblərinin harada yaşadığını müəyyən edir.

Bu avtomobil sahibləri əlavə vergi ödəyəcəklər.

Boqota

Kolumbiya paytaxtında şəhər küçələrində avtomobil sayını məhdudlaşdıran proqram 1974-cü ildən qüvvədədir. 45 ildir ki, bazar günləri saat 07:00-14:00 arası şəhər küçələrinə avtomobillərin girişi qadağan edilib.

Bu proqram sayəsində 120 km-lik şəhər küçələri bağlı olur. Bu küçələrdə isə paytaxt sakinlərinin dörddə biri, yəni, 1.7 milyon insan piyada hərəkət edir.

pia.az


Etiket: avtomobil

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar