Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Məndən 200 min manat istədilər" - İki nəfərin ölümündə təqsirləndirilən polis

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə proses başlayıb

Pia.az Trend-ə istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

X.Məmmədov özünü təqsirli bilməyib və bildirib ki, hadisə vaxtı sürət həddini aşmayıb: "Yolla gedirdim, qarşıdan gələn "Mercedes" markalı avtomobil qəfildən mənim yoluma çıxdı və avtomobilimi vurdu. Maşını saxlamaq imkanım yox idi. Maşın dərəyə düşdü və yanmağa başladı. Dərhal təcili tibbi yardıma zəng etmişəm. Gedib, o biri maşından rəhmətliklərin meyitlərini çıxarmışam. Sonra polisə zəng etmişəm, hadisəni demişəm. Səhər saat 4-ə kimi Abşeron Rayon Polis İdarəsində olmuşam".

X.Məmmədov deyib ki, ona qarşı irəli sürülən ittihamlar qondarmadır: "Polisdə dedilər ki, sənə köməklik etmək istəyirik, amma bilmirik necə edək. Dedim günahsızam, sürət həddi 60-70 olub. Şahidlər var, onlar da təsdiq edə bilər. O isə cavabında bildirdi ki, şahidlərə fikir verən yoxdu, yalançı şahidlər də tapmaq olar. Məndən 200 min manat istədi, mən isə pulumun olmadığını dedim. Qayıtdı ki, bəs maşını nə ilə almısan?".

Təqsirləndirilən şəxs deyib ki, nümunəvi polis olub: "Binəqədidə yanan binada sakinləri xilas etdiyim üçün, nazir məni Polis Akademiyasında oxumağa göndərib".

Proses yanvarın 30-da davam etdiriləcək.

İttihama görə, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover" markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi "Ford" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Ford"un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman "Range Rover"in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar