Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dahi bakılı alimin ad günündə "Google" onun portretini yerləşdirib

Yanvarın 22-də dahi bakılı alim Lev Landaunun ad günündə "Google" onun portreti olan "doodle" yerləşdirib, BBC-nin saytında isə görkəmli fizik, Nobel mükafatı laureatı haqqında geniş məqalə dərc olunub

Pia.az AZƏRTAC-a istinadən bildirir ki, BBC-nin Nobel mükafatı və xoşbəxtlik nəzəriyyəsi: Lev Landau haqqında yeddi fakt" sərlövhəli məqaləsində fizik həmkarlarının "Dau" adlandırdıqları alimin həyatının ən maraqlı məqamlarından - 14 yaşında Bakı Dövlət Universitetini bitirməsi, 18 yaşında ikiatomlu molekulların spektri barədə ilk elmi işi, 26 yaşında dissertasiya müdafiə etmədən fizika-riyaziyyat elmləri doktoru və bir ildən sonra professor olmasından bəhs edilir.

Görkəmli alimin 1938-ci ildə Stalini "faşist" adlandıran mətnin redaktəsinə görə həbs olunması və yalnız Nils Bor və Pyotr Kapitsa kimi dünya şöhrətli alimlərin müraciətlərindən sonra azadlığa buraxılması da qeyd olunur. Məqalədə diqqətə çatdırılır ki, 1962-ci ildə kondensasiya olunmuş vasitələr, xüsusən maye helium üzrə yenilikçi nəzəriyyəsinə görə Nobel mükafatı alan Landau kvant mayeləri fizikasının da əsasını qoyub.

Məqalə müəllifi qeyd edir ki, Landau hər bir insanın xoşbəxt olmasının zəruriliyini, bunun üçünsə üç amilin - iş, sevgi və insanlarla ünsiyyətin vacib olduğunu deyirdi. Görkəmli alim yumor hissi ilə də seçilib. Bir sıra maraqlı aforizmlər - "Heçdən bir heç doğmalıdır", "Toyuq quş deyil, loqarifm isə sonsuzluq ola bilməz", "Biz alim deyilik, itə də nə isə öyrətmək mümkündür, biz, elm işçisiyik" kimi yarızarafat eyhamlar da ona məxsusdur.

Uşaqlıq illərində içki içməmək, siqaret çəkməmək və evlənməmək sözü verən Landau bu vədlərini birini pozaraq Konkordiya Drobantseva adlı qadınla evlənib.

pia.az


Etiket: Lev Landau Google

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar