Bakıda Meksikanın milli yeməklərinin tanıdılması məqsədilə “Meksika gecəsi” adlı tədbir keçirilib
Meksikanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə ziyarətçilər yeni təamlarla tanış olub, ölkənin mədəniyyəti və adət-ənənələri ilə maraqlanıblar.
Tədbirdə çıxış edən Rodriqo Labardini qeyd edib ki, ölkəsinin milli mətbəxi 2010-cu ildə UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu gün iaşə sektorunda 5,5 milyon iş yeri olduğunu diqqətə çatdıran diplomat milli təamların hər il 39 milyondan çox turisti Meksikanı ziyarət və kəşf etməyə cəlb edən mühüm amillərdən biri olduğunu vurğulayıb. (Report)
pia.az