Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Əliyevlə görüşündən yazdı  

Ermənistanın baş naziri qeyd edib ki, Davosda və əvvəlki görüşlərdə müzakirə prosesinin tarixi, həll üçün şərait yaratma imkanı, mövcud maneələr və s. müzakirə edilib

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bir araya gəldiyi görüşün detallarını açıqlayıb.

Publika.az xəbər verir ki, izləyiciləri Paşinyanı görüşlə bağlı məlumat vermədiyinə görə tənqid edib və o da feysbuk səhifəsində canlı yayım açaraq sualları cavablandırıb.

“Məlum olduğu kimi, bu, İlham Əliyevlə üçüncü görüşümdür. Son bir neçə ay ərzində ATƏT-in Minsk qrupu həmməruzəçiləri ilə də görüşmüşük. Görüşlərdən çəkinməməliyik. Bunlar qeyri-rəsmi görüşlərdir, müzakirələrin rəsmi başlanğıcı kimi qəbul edilə bilməz”, deyə Paşinyan yazıb.

Onun sözlərinə görə, Davos Forumunun təşkilatçıları AzərbaycanErmənistan liderlərinin hər ikisindən ayrı-ayrılıqıda bir araya gəlməklə bağlı əvvəlcədən soruşublar. Toplantı üçün əsas şərtlərdən biri bu olub ki, hər iki lider birgə suallara cavab versin.

Ermənistanın baş naziri qeyd edib ki, Davosda və əvvəlki görüşlərdə müzakirə prosesinin tarixi, həll üçün şərait yaratma imkanı, mövcud maneələr və s. müzakirə edilib:

“Eyni zamanda, heç bir xüsusi fikir vurğulanmadı, ətraflı müzakirə aparılmadı. Burada başqa niyyət yoxdur. Görüşlərin önəmli olduğunu düşünürəm. Vəziyyətin səhv başa düşülməsindən qaynaqlanan iddialarla çıxış edənlər absurd ifadələr işlədir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar