Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR-ın Karbamid zavodu mart ayından tam gücündə işləyəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu bu ilin mart ayından tam gücündə işləməyə başlayacaq

Bunu “Report”a Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib.

“Karbamid zavodu tam gücünə mart ayında çıxacaq. Zavod tam gücü ilə işləməyə başladıqdan sonra ixrac üçün imkan yaranacaq. Öncə isə daxili tələbat ödəniləcək”,- deyə zavodun direktoru vurğulayıb.

Onun sözlərinə görə, ildə 500 min ton karbamidin ixracı nəzərdə tutulur və bu həcmin böyük hissəsi Türkiyə bazarına yönəldiləcək: “Türkiyə hazırda azot gübrəsinin ən böyük idxalçılarından biridir. Bundan başqa, Qara dəniz ətrafındakı ölkələrdən, xüsusilə, Ukrayna və digər ölkələrin şirkətlərindən karbamidə tələbat var”.

X.Cəfərov ixracın həm yük avtomobilləri, həm də Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə həyata keçiriləcəyini bildirib. O qeyd edib ki, hazırda BTQ-yə birləşdirilməsi nəzərdə tutulan dəmiryolu xətti (təxminən 800 metr uzunluğunda - REP) inşa edilir və bu xəttin inşasının 6 aya yekunlaşması gözlənilir. “Məhsulun BTQ vasitəsilə ixracı ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə danışıqlar aparılır. Xətt tam işə düşdükdəm sonra karbamidin dəmiryolu ilə ixrac ediləcəyi gözlənilir. Əvvəlcə ixrac böyük tonnajlı avtomobillər vasitəsilə həyata keçiriləcək. Lakin həcmin çoxluğu və müəyyən qənaət baxımından dəmiryolu sərfəli olduğundan ona daha çox üstünlük veriləcək”,- X. Cəfərov bildirib.

Karbamidin qiymətinə gəlincə isə zavodun direktoru qeyd edib ki, hazırda Qara dəniz bazarında karbamidin 1 tonunun qiyməti 320-350 dollar civarındadır: “Bu qiymətlərin artacağını gözləyirik. Hazırda qiymətlər 5 il əvvələ nisbətən azalıb. Bu isə yeni karbamid zavodlarının inşasına görə bazarda böyük həcmdə təklifin olması ilə əlaqədardır. Lakin düşünürük ki, bundan sonra təklif azalmağa doğru gedəcək. Bu da qiymətin artımına gətirib çıxaracaq”.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu yanvarın 16-da istifadəyə verilib.

Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur. Bunun isə ölkəyə hər il 160 mln.dollara qədər əlavə gəlir gətirməsi gözlənilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar