Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezidentin Davosdakı fəaliyyəti məmurlara nümunə olmalıdr” - Sabiq maliyyə naziri

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri: “Hər dəfə olduğu kimi bu dəfə də Azərbaycan Prezidentinin başçılığı ilə Dünya İqtisadi Forumunda aparılan işlər Azərbaycan iqtisadiyyatına yeni xarici sərmayələrin cəlb edilməsinə yol açacaq”

Azərbaycanda bütün məmurlar prezidentin bu səviyyədəki əzmkarlığından, mübarizliyindən nümunə götürə bilsəydilər, biz iqtisadiyyatın bütün sahələrində indikindən daha yüksək nəticələr əldə etmiş olardıq. Prezident bu nümunələri sərgilədikcə yanlış yol tutan məmurlara dəfələrlə xəbərdarlıq edib”.

Bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov Prezident İlham Əliyevin Davosda ““Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyasında çıxışını PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, dünən, yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində ““Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər.

Prezident İlham Əliyev Davosda ““Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyasında Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmi ilə bağlı geniş çıxış edib və beynəlxalq yüklərin daşınması sahəsində Azərbaycanın əlverişli ölkə olduğunu Davos Forumu iştirakçılarının nəzərinə çatdırıb.

Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olduğunu diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, Azərbaycan Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir:

Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Biz artıq bunu müşahidə edirik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, Beynəlxalq Ələt Limanının fəfliyyət verilməsi, tranzit yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Biz yaxşı tarif siyasətini yaratmaq üçün vəsait sərf edirik. Yükdaşımaların həcmi də artır. Yalnız Şimal-Cənub dəhlizi vasitəsilə keçən il ondan əvvəlki illə müqayisədə on dəfə çox yük daşınıb”.

Dövlət başçısının sessiyada çıxışı zamanı diqqət çəkdiyi əsas məqamlardan biri də müasir infrastukturun yaradılması olub. Dövlət başçısı qeyd edib ki, müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir. Əslində reallıq da məhz bundan ibarətdir. Xüsusilə Cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən keçən 15 ildən artıq müddət ərzində bu istiqamətdə görülən işlər, həyata keçirilən layihələr belə deməyə əsas verir. Burada diqqət çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri öz-özlüyündə iki aspektdən özünü göstərir. Daha dəqiq desək sırf daxil üçün nəzərdə tutulmuş infrastruktur layihələri ilə yanaşı, xarici faktrolar, regional və qlobal səviyyəli əməkdaşlıq üçün reallaşdırılan tranzit xəttləri Azərbaycanda artıq hazırdır.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri, professor Fikrət Yusifova müraciət edib.

Fikrət Yusifov: “Bəzən hansısa bir şirkətin rəbərini və hətta onun müavinini qəbul etməklə, Prezident ölkəmizin reallıqlarını bu yolla hər kəsə çatdırmaq və hər görüşdən Azərbaycan üçün nəsə əldə etmək istəyini reallaşdırır”.

Azərbaycan Prezidentinin hər il Davos İqtisadi Forumunda məmuniyyətlə iştirak etdiyini diqqətə çatdıran sabiq maliyyə naziri PİA.az-a açıqlamasında bildirib ki, Azərbaycanın bu Forumda bütün dünyaya deyə biləcəyi sözü var. Bu ilk növbədə son illər ərzində ölkəmizdə yaradılmış və xarici sərmayələr üçün kifayət qədər münbit olan biznes mühiti ilə əlaqlidir:

“Hər ilin əvvəlində İsveçrənin Davos şəhərində keçirilən Beynəlxalq İqtisadi Forum bir növ dünya ölkələrinin və dünyanın iri şirkətlərin rəhbərlərinin məmuniyyətlə bir araya gəldiyi bir tədbirə çevrilib. Bu Forumda çoxsaylı tədbirlər, görüşlər, müzakirələr nəticəsində iş adamları, investorlar bir birləri ilə gələcək səmərəli fəaliyyət yollarını arayıb, ən əlverişli olanların üzərində seçim etmək imkanları əldə edirlər. Bu müstəvi eyni zamanda ölkə və hökumət rəhbərlərinə öz ölkəsinə investisiya axınına yol açmaq üçün bir meydana çevrilib.

Azərbaycan Prezidenti hər il Davos İqtisadi Forumunda məmuniyyətlə iştirak edir. Çünki Azərbaycanın bu Forumda bütün dünyaya deyə biləcəyi söz var. Bu ilk növbədə son illər ərzində ölkəmizdə yaradılmış və xarici sərmayələr üçün kifayət qədər münbit olan biznes mühiti ilə əlaqəlidirr. Bu səbəbdən də Prezident İqtisadi Forumda müxtəlif səviyyədən olan görüşləri məmuniyyətlə keçirərək, Azərbaycan naminə öz fəaliyyətinin davam etdirir.

Bəzən hansısa bir şirkətin rəbərini və hətta onun müavinini qəbul etməklə, Prezident ölkəmizin reallıqlarını bu yolla hər kəsə çatdırmaq və hər görüşdən Azərbaycan üçün nəsə əldə etmək istəyini reallaşdırır.

Fikrət Yusifov: “Müasir dövrdə dördüncü sənaye inqlabı ilə ayaqlaşmadan, onun nəticələrinin ölkənin iqtisadi müstəvisinə gətirmədən, hər hansı bir ölkənin iqtisadi tərəqqi əldə etməsi mümkün deyil”.

Prezidentin Davosdakı fəaliyyəti bütün məmurlara nümunə olmalıdr. Azərbaycanda bütün məmurlar prezidentin bu səviyyədəki əzmkarlığından, mübarizliyindən nümunə götürə bilsəydilər, biz iqtisadiyyatın bütün sahələrində indikindən daha yüksək nəticələr əldə etmiş olardıq. Prezident bu nümunələri sərgilədikcə yanlış yol tutan məmurlara dəfələrlə xəbərdarlıq edib. Son illərdə bu çağrışlara cavab verməyən bir çox məmurun aqibəti hər kəsin gözü qabağındadır.

Gərəkdir ki, yüksək vəzifələrə yeni təyin olunanlar və hələ ki, etimad göstərilən məmurlar bu baş verənlərdən nəticələr çıxarsınlar. Əks halda onlar da eyni aqibəti yaşamalı olacaqlar. Çünki Prezidentin bu məsələlərdə mövqeyi dönməzdir. O bunu dəfələrlə nünayiş etdirib. Onun “Heç kim toxunulmaz ola bilməz” devizindən sonra, cəmiyyətin “toxunulmaz” kimi tanıdığı məmurların aqibətini yada salmaq kifayət edər.

Prezidentin Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə keçirdiyi görüş xüsusi əhəmiyyət kəsb edir. Çünki bu görüşdə Azərbaycan Hökuməti ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlığın təməli qoylan addım atıldı. Azərbaycanla Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi.

Fikrət Yusifov: “Prezident ona ünvanlanan sualları cavblandıraraq Azərbaycanda aparılan iqtisadi siyasətin mahiyyətini açmaqla ölkəmizin yaxın və uzaq perspektiv üçün iqtisadi strategiyasının əsas məqamlarını da diqqətlərə çatdırdı”.

Müasir dövrdə dördüncü sənaye inqlabı ilə ayaqlaşmadan, onun nəticələrinin ölkənin iqtisadi müstəvisinə gətirmədən, hər hansı bir ölkənin iqtisadi tərəqqi əldə etməsi mümkün deyil. Bu artıq reallıqdır. İnkişaf etmiş ölkələrin bu sahədəki uğurları göz qabağındadır. İndi bu yolda onlarla ayaqlaşmağı bacaracaq inkişaf etməkdə olan hər bir ölkə, gələcək iqtisadiyyatının uğurlu təməlini indidən formalaşdırmış olacaq. Azərbaycan Prezdenti bunun fərqindədir. O, bu naliyyətlərin tezliklə ölkənin iqtisadi sferasında işləməsinin nə demək olduğunu çox yaxşı bilir. Bu səbəbdən də Prezidentin bu məsələdə mövqeyi olduqca ciddidir.

Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində ““Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada Prezident ona ünvanlanan sualları cavblandıraraq Azərbaycanda aparılan iqtisadi siyasətin mahiyyətini açmaqla ölkəmizin yaxın və uzaq perspektiv üçün iqtisadi strategiyasının əsas məqamlarını da diqqətlərə çatdırdı.

Bir sözlə, hər dəfə olduğu kimi bu dəfə də Azərbaycan Prezidentinin başçılığı ilə Dünya İqtisadi Forumunda aparılan işlər Azərbaycan iqtisadiyyatına yeni xarici sərmayələrin cəlb edilməsinə yol açacaqdır.”

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar