Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2030-da dünyanın ən böyük iqtisadi gücü olacaq 10 ölkə

Baş ofisi Britaniyada yerləşən «Standard Chartered» dünya iqtisadiyyatının gələcəyi ilə bağlı pronozlarını açıqlayıb

FED.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bank 2030-cu ildə dünyanın əsas iqtisadi güclərinin hansı ölkələr olacağını hesablayıb.

Bankın hesabatında deyidir ki, gələcəyin əsas hərəkətverici qüvvələri hazırda inkişaf etməkdə olan ölkələrdir. Bankın hesablamalalarına görə, İndoneziya, Türkiyə, Braziliya və Misir kimi ölkələr qarşıdakı 13 ildə sürətlə artacaqlar.

Nəticədə 2030-cu ildə dünyanın ən böyük 10 iqtisadiyyatının yeddi ölkəsi inkişaf etməkdə olan ölkələr olacaq. Bankın gəldiyi ən maraqlı nəticələr Hindistan və Türkiyə ilə bağlıdır. Belə ki, proqnoza görə, Hindistan iqtisadiyyatı qarşıdakı 13 ildə az qala 5 dəfə artaraq indiki 9,5 trilyon dollardan 46,3 trilyon dollara yüksələcək. Hindistan bu göstərici ilə ABŞ-ı da geridə qoyaraq Çindən sonra dünyanın ikinci iqtisadiyyatına çevriləcək. O vaxtadək Çin təqribən 3 dəfə artaraq 23,2 trilyondan 64,2 trilyon dollara yüksələcək.

Bankın hesablamalarına görə, Türkiyə iqtisadiyyatı qarşıdakı 13 il ərzində 4 dəfədən çox böyüyərək indiki 2,2 trilyondan 9,1 trilyon dollara çatacaq və bu göstərici ilə dünyanın 5-ci iqtisadiyyatına çevriləcək. (indi 9-cu yerdədir).

Misirdə isə iqtisadiyyat az qala 7 dəfə artaraq indiki 1,2 trilyon dolardan 8,2 trilyon dollara qalxacaq. Bu göstərici ilə Misir dünya iqtisadiyatında indiki 21-ci yerdən 7-ci yerə yüksələcək. Rusiya iqtisadiyyatında isə təqribən 2 dəfə artım olacaq və şimal qonşumuz 7,9 trilyon dollarlıq ÜDM ilə indiki lilderləri – Almaniya və Yaponiyanı arxada qoyacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar