Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ətlə özünü təminetmə ilə bağlı səslənən rəqəmlər real görünmür”

Rövşən Ağayev: ''Comtrade'' və milli statistika arasında ciddi fərq var''

“2018-ci ildə kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki illə müqayisədə 4,6 faiz artıb. Ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb. Bütün növ tərəvəz və meyvələr üzrə isə bu göstərici 100 faizdən çox olub”.

Bunu Kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, ölkədə aqrar siyasətin prioritet istiqamətlərini ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkə əhalisinin keyfiyyətli və sağlam qida məhsulları ilə təminatı və kənd yerlərinin inkişafı təşkil edir:

“Bu hədəflər, BMT-nin Ərzaq və Kənd Təsəsrrüfatı Təşkilatının (FAO) əsas fəaliyyət istiqamətləri və hədəfləri ilə də üst üstə düşür”.

Bununla əlaqədar iqtisadçı Rövşən Ağayev deyib ki, nazirin dediyindən məhsullara olan tələbatımızın cəmi 10 faizinin xaricdən alındığı məlum olur.

Onun sözlərinə görə, ancaq yerli və xarici informasiya mənbələrini araşdıranda ən azından ətə tələbatın ödənilmə təminat səviyyəsi ilə bağlı səslənən “90 faiz” rəqəmi real görünmür:

“Milli statistikaya görə, bütün növ ətə olan daxili tələbat 360 min ton təşkil edir. Gömrük Komitəsi məlumat verir ki, 2017-ci ildə Azərbaycana 41 min ton, 2018-ci ildə 48 min ton ət idxal olunub. Bu rəqəmlərdən çıxış etsək, tələbatın 13 faizi qədər ət idxal olunduğu görünür. Bu məlumat “Comtrade” bazasının rəqəmi ilə üst-üstə düşür. Həmin mənbədə də ixracatçı ölkələrin hesabatına görə, 2017-ci ildə Azərbaycana 41 min ton ət ixrac edilib. Bu ixracın təxminən 60 faizi Ukraynanın payına düşüb”.

İqtisadçı bildirib ki, o, hələ hökumətin diri idxal olunan heyvanların ət istehlakının ödənilməsində iştirakını nəzərə almır:

“Belə çıxır ki, diri heyvanlar ancaq damazlıq və südlük məqsədilə gətirilir. Amma idxal olunan heyvanların sayı kifayət qədər çoxdur. Onların hansısa hissəsinin ətlik məqsədlə ölkəyə idxalına şübhə yoxdur. Məsələn, “Comtrade”-in bazasında 2017-ci ildə Almaniya və Avstriyadan Azərbaycana 4500 baş iribuynuzlu mal ixrac edildiyi görünür və bu heyvanlar damazlıq məqsədlərlə gətirilməsi real görünür”.

Rövşən Ağayev bildirib ki, diri heyvan idxalında “Comtrade” və milli statistika arasında ciddi fərq var:

“Məsələn, Gömrük Komitəsi məlumat verir ki, 2017-ci ildə ölkəyə 88 min baş iribuynuzlu, 132 min baş isə qoyun-keçi idxal edilib. “Comtrade”-də isə bu rəqəm fərqlidir- ixracatçı ölkələrin məlumatına görə, Azərbaycana 126.3 min baş iribuynuzlu, 116 min baş isə qoyun-keçi ixrac edilib. Gürcüstan tərəfinin məlumatına görə, təkcə, elə onlardan Azərbaycana 77 min başa yaxın iribuynuzlu mal-qara göndərilib. Ukrayna isə 36 min göstərir”.

İqtisadçı deyib ki, hər halda ətlik məqsədlərlə gətirilən heyvanların kəsimə gedən hissəsi də dəqiq araşdırılsa, ətə tələbatın ödənilməsində nazirin dediyi kimi 10 faiz deyil, daha çox olacağı aydın görünər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar