Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Venesuelada güclü etirazlar: Çavesin heykəlinə od vurdular, ölənlər var...

Neft ölkəsi Venesuelada bir qrup hərbçinin prezident Nikolas Maduroya qarşı uğursuz qiyam cəhdindən sonra güclü etirazlar baş qaldırıb

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, qiyam qaldırmış hərbçilər Maduroya sadiq xüsusi təyinatlılar tərəfindən tutulduqdan sonra müxalifət tərəfdarları küçələrə çıxıblar. Müxalifətin nəzarətində olan Venesuela parlamenti əhalini küçələrə çıxaraq “hakimiyyəti zəbt etmiş” Maduronu istefaya məcbur etməyə səsləyib.

Xəbərlərə görə Bolivar ştatının San-Feliks şəhərində etirazçılar keçmiş prezident Uqo Çavesin heykəlini daşa basıblar və daha sonra yandırıblar. Bu heykəl 2018-ci ilin iyulunda hökumətin hesabına qoyulmuşdu, ancaq yanan heykəlin hansı materialdan hazırlandığı haqda məlumat verilmir.

Digər xəbərlərə görə paytaxt Karakasda Maduroya sadiq ordu qüvvələri ilə müxalifət tərəfdarları arasındakı toqquşmalarda ölənlər var. Azı iki nümayişçinin güllə yarasından öldüyü bildirilir. Müxalifətdən olan deputat Xose Olivares bildirib ki, ölənlərdən biri qadındır.

Etirazların bu gün yanvarın 23-də daha da genişlənəcəyi gözlənilir. Eyni zamanda Maduronun tərəfdarları prezident sarayı qarşısında mitinqə başlayıblar. Nikolas Maduro bir neçə həftə əvvəl ikinci prezidentlik müddətinə başlayıb, parlament isə seçkilərin saxtalaşdırıldığını bildirərək onu “uzurpator” elan edib.

ABŞ Venesuela etirazçılarına güclü dəstək ifadə edib. Ötən gün vitse-prezident Maykl Pens venesuelalılara ünvanlanmış videomüraciətində bildirib: “Biz sizinləyik. Biz sizinləyik o vaxta qədər ki, demokratiya bərpa olunacaq və siz öz azadlıq hüquqlarınızı bərpa edəcəksiniz”.

Mayk Pens bildirib ki, Birləşmiş Ştatlar Nikolas Maduronu “hakimiyyətə iddia etməyə haqqı olmayan diktator” hesab edir, Milli Məclisin Maduronu qeyri-legitim prezident elan etməsini və ölkədə keçid hökumətinin yaradılması təşəbbüsünü tam dəstəkləyir. Vitse-prezident ABŞ-ın Venesuelada demokratiyanın müdafiəsi naminə “siyasi, diplomatik və hərbi tədbirlər görəcəyini” bəyan edib.

Mayk Pensin bu bəyanatından sonra Nikolas Maduro ABŞ-la münasibətlərinə “tamamilə yenidən baxacaqlarını” bildirib.

“İndiyə qədər heç vaxt bu cür yüksək vəzifəli şəxs öz hökuməti adından danışmamışdı, o, Birləşmiş Ştatlar prezidenti adından danışır və deyir ki, Venesuela prezidenti hökuməti devirməlidir”-Maduro televiziya ilə çıxışında deyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar