Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ənənəvi mediaya etimad sosial şəbəkələrdən xeyli yüksəkdir

2019-cu ilin “Edelman İnam Barometri” açıqlanıb

Ötən il adamların inam obyektinin kəskin dəyişdiyi görünür. Dünyada ən çox “işəgötürən”ə inanırlar.

Qlobal miqyasda respondentlərin 75 faizi “işəgötürən”ə, 57 faizi QHT-lərə, 56 faiz biznesə, 48 faiz hökumətə, 47 faiz mediaya inandığını söyləyib.

İnformasiyalı ictimaiyyətlə (65 faiz) kütlə (49 faiz) arasındakı inam uçurumu 16 vahiddir. Bunun bir səbəbi inkişaf etmiş bazarlarda bilgili ictimaiyyətin inamının kəskin yüksəlməsidir.

İnamda uyğunsuzluq genderlə də izah olunur. Bir sıra inkişaf etmiş ölkələrdə genderə bağlı inam uçurumu hətta ikirəqəmlidir, Almaniyada 12, ABŞ-da 11 vahiddir. Bu ən çox qadınların biznesə inamının zəifliyi ilə izah olunur.

“Kütləvi əhaliylə informasiyalı ictimaiyyətin gələcəyə fərqli inam səviyyələri cəmiyyətin strukturunda çürümənin getdiyini göstərir. Heç də hamı küçələrə çıxmır. Amma bu data onu göstərir ki, Fransada Gilet Jaunes etirazları, Hindistanda qadınların yürüşü, bəzi texnologiya şirkətlərində işçilərin işə çıxması daha kütləvi miqyas ala bilər”, – “Edelman”-ın təmsilçisi Stefan Kehoe deyib.

Bu qorxu dəyişiklik arzusu yaradıb. Faktoloji informasiya mediasından istifadədə görünməmiş artımla sonuclanıb, xəbər və informasiya paylaşımı 22 faizdən 72 faizə qalxıb. Hazırda ənənəvi mediaya (65 faiz) və axtarışa (65 faiz) inam tarixən ən yüksək səviyyəyə çatıb. Sosial mediaya inam isə (43 faiz) aşağı səviyyədədir. Özəlliklə inkişaf etmiş regionlarda ənənəvi və sosial mediaya inam arasında uçurum böyükdür: ABŞ/Kanadada 31, Avropada 26 vahidlik fərq var.(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar