Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əxlaqsızlar efirə çıxıb, həyat dərsi keçir” - Nura Suri

Müğənni Nura Suri aparıcıları və kanalları tənqid edib

O, bununla bağlı "Facebook" hesabında paylaşım edərək, efirin pulla bayağı müğənnilərə satıldığını yazıb:

“Sonra da deyirlər niyə şou-biznesdə durğunluq yaranır, bayağı musiqi çoxalır? Guya, sənəti, səviyyəli musiqini başa düşən qalıb ki? Zövqlü, intelektual insanlar tükənmək üzrədir. Efir də elə bil toyxanadır. Kim pul verir, o da efirdədir. Efirini pula satıb, özünə layiq bildikləri qonaqları dəvət edirlərsə, burada danışılası, deyiləsi söz qalmır. İnsan özünə, verilişinə, dediyi sözə hörmət qoyar. Səviyyəli veriliş edin, sponsorlardan qazanın. Qonaqdan pul alıb, hər yerindən duranı niyə insanlara yedirtmək istəyirsiniz ki?

Niyə tamaşaçıya, dinləyiciyə hörmət qoymursunuz? Sabah heç kəs səviyyəli işə pul verməyəcək, savadlı aranjiman etməyəcək, klip çəkdirməyəcək. Elə pulu verib efirə çıxacaq, insanlara yuxarıdan aşağı baxacaq, tamaşaçını da aparıcını aldığı kimi tərbiyəsizliyi ilə əzəcək.

Xarici ölkələrdə kanalların öz qrim ustaları, modelyerləri var. Əgər gələn qonağın geyimi və makiyajı zövqsüzdürsə, anında dəyişib efirə buraxırlar. Özlərinə və tamaşaçıya hörmət qoyurlar. Biz bu gedişlə hara gedirik?”

Suri bildirib ki, həmin insanların adlarını da yazacaq:

“Ətraflı yazıb, adlarını da qeyd edəcəyəm. Bəsdirin, insanları gic yerinə qoymayın. Əxlaqsızlar efirə çıxıb, əxlaqdan danışır, həyat dərsi keçirlər. Yeni nəslin zövqünü pozurlar. Öz səviyyələrinə uyğun insanların təbliği ilə məşğuldurlar. Vətən sözünün mənasını bilməyənlər vətənpərvərlikdən dəm vururlar. Sənətkarlar, illərini bu sənətə qurban verən ifaçılar kənarda qalıblar, utandıqlarından efirə çıxmırlar. Çünki efirə sənətkar dəvət edəndə mütləq yanına pul verib efirə çıxan birini qoşurlar. Pulu verən özü sifariş edir ki, bizi səviyyəli müğənnilərlə efirə salın”.(axşam.az)

pia.az


Etiket: Nura Suri

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar