Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Asif Ağayev Beyləqanda şikayətçiləri qəbul etməkdən imtina edir - Gərginlik

Beyləqanın başçısı sakinləri dinləmir, cana doyan şikayətçilər aksiya keçirəndə isə onları tutdurur

Şamaxıdan Beyləqana yeni təyinat almış icra başçısı Asif Ağayev Vaqif Abdullayevə şükür etdirməyə başlayıb. Gəlişi ilə rayonda yalnız mənfi tərəfləri ilə ad çıxarmış A.Ağayev Şamaxıda etmədiklərini Beyləqanda reallaşdırır.

Prezident ona etimad göstərib Beyləqana icra hakimi göndərərkən xalqla işləməyi, V.Abdullayevin dövründən qalan əyər-əskikləri düzəltməyi tapşırıb. Dövlət başçısı istəyir ki, Beyləqana səfərində heç bir problem görməsin, insanlar razılıq etsin. Amma A.Ağayev Beyləqanın icra başçısı kimi vətəndaşların problemlərini həll etmək yerinə, vətəndaşları aksiya keçirməkə sürükləyir, ayağa qaldırır.

Qeyd edək ki, yanvarın 10-da 0 Beyləqan sakinləri İH-nin başçısı Asif Ağayevin uzun müddət qəbuluna düşə bilmədikləri üçün etiraz aksiyası keçirməyə təşəbbüs göstərmişdi. Həmin vaxt Beyləqan şəhər sakini Həsənov Seymur etiraz aksiyası keçirməyə təşəbbüs göstərən sakinləri videoya çəkərək sosial şəbəkələrdə ictimailəşdirmişdi.

Əldə etdiyimiz məlumata görə bu hadisədən üç gün sonra - yəni, yanvarın 14-də Həsənov Seymura 5 sutka həbs cəzası verilib. S.Həsənov bir sutka sonra sərbət buraxılıb və qalan hər gün üçün 50 manat cərimə ödəməyə məcbur qalıb. Ona 200 manat cərimə kəsilib. Bu sifarişin nə Bakıdan, nə yüksək orqanlardan gəldiyi bildirilir. Sadəcə, icra başçısının təlimatı əsasında ondan narazı sakinlərin aksiyasını işıqlandıran sakin həbs edilib.

Belə görünür ki, A.Ağayev qəbuluna düşə bilməyən sakinlərlə görüşmək, onların dərd-sərini dinləmək əvəzinə, narazılıq edən camaatı etiraz aksiyası keçirməyə sövq edir, gərginlik yaradır. Rayon sakinləri isə ümid edirdilər ki, təzə icra başçısı Abdullayevdən fərqli olaraq, onlarla görüşəcək, kimisi işsizlik, kimisi sosial yardım, kimisi yol problemindən danışacaq.

Məsələn, Tərtər, Yasamal, Kürdəmir kimi rayonların İH başçıları tez-tez sakinlərlə, kəndlərdə əhali ilə görüşlər keçirir, sahibkarları dinləyir, fermerləri qəbul edir. Bununla camaatı narahat edən sosial problemlər aradan qaldırılır. Rayon rəhbərliyi ilə xalqın birliyi nəticəsində mətbuata, prezidentə şikayətlər azalır, dövlətin işi yüngülləşir.

Amma Beyləqanın yeni icra başçısı A.Ağayev gələr-gəlməz özünü göstərməkdənsə, heç olmasa “gözə kül üfürmək” naminə sakinlərlə görüşməkdənsə, onları saymır. Qəbula düşə bilməyən sakinlər də toplaşaraq etiraz edir, narazılıq bildirir. Bu, onların hüququdur. Bu toplantını çəkib ictimailəşdirmək, prezidentin nəzərinə çatdırmaq da hər kəsin hüququdur. S.Həsənov da bu işi görüb.

Prezident bildirib ki, ictimai nəzarət güclənməlidir, jurnalistlər məmur özbaşınalıqlarını göstərməlidir. Bu halda özünə kömək etmiş oluruq. Asif Ağayevin nəzərinə çatdırırıq ki, prezidentin bu sözlərini qulaq ardına vurmaqla ancaq rayondakı sosial vəziyyətin ağırlaşmasına şərait yaradır.

Cahan.info xəbər verir ki, A.Ağayevin təyinat alan kimi yadda qalan ikinci özbaşınalığı Beyləqan şəhərində Ulu Öndər Heydər Əliyev adına olan park hissə-hissə satmasıdır.

İllərdən bəri əkilmiş nadir ağaclar Beyləqan vətəndaşlarının gözü qarşısında məhv edilir”, - virtualaz.org-un redaksiyasına Beyləqan sakinləri adından daxil olmuş məktubda belə deyilir.

Məktub müəlliflərinin sözlərinə görə, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 21 may 2001-ci il tarixli 18 nömrəli sərəncamına əsasən, sonradan Heydər Əliyevin adı verilmiş “Mədəniyyət və istirahət parkı”nın ərazisi ölçülərək müəyyən edilib ki, onun əhatə etdiyi sahə 4,21 hektardır. Bildirilir ki, hazırda həmin park cəmi 2 hektar ərazini təşkil edir.

Heydər Əliyev parkının ərazisi Əmlak Münasibətləri Dövlət Komitəsinin 6 saylı ərazi şöbəsinin rəisi Aydın Ramazanov tərəfindən heç bir tikili olmadığı halda 30 bina sahəsi göstərərək 3440 kvadrat metr park ərazisi Abdullayev Vahid Cəmil oğlunun adına qeyri-qanuni olaraq özəlləşdirilib.

Bundan başqa, qeyd edilən parkın ərazisindən Vahid Abdullayevin oğlu Asəf Abdullayevin adına 0,24 ha torpaq sahəsi verilib. Məktub müəllifləri iddia edirlər ki, parkın ərazisində 20-30 il bundan əvvəl əkilmiş yüzlərlə nadir ağaclar məhv etməklə obyektlər tikilib.

Beyləqan sakinləri yazırlar ki, Heydər Əliyev adına olan parkın ərazisinin mənimsənilməsi ilə əlaqədar şikayətləri dinlənilmir, çoxsaylı məktub və müraciətlərə heç kim cavab vermir. Məhz bu səbəbdən onlar redaksiyamıza üz tutublar.

Beyləqandan yazan bir qrup sahibkar iddia edir ki, yeni başçı gələr-gəlməz rayondakı sahibkar və fermerlərə öz şərtlərini çatdırıb. Asif Ağayevin adından danışan icra hakimiyyətinin şöbə müdirlərindən biri fermerlərə deyib ki, əgər bundan sonra da təsərrüfatlarını qorumaq istəyirlərsə, başçının qəbulunda olmalıdırlar. Biz ilk başdan elə başa düşdük ki, yeni başçını problemlərimi maraqlandırır.

Sonra şöbə müdiri işarə ilə başa saldı ki, qəbula əliboş gəlməli deyilik. Əgər işimizi davam etdirmək istəyiriksə. Belə də iş olar. Adam heç gözləmir ki, 40-ı da çıxsın. (cahan.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar