Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə şəhid ailələrinə daima diqqət və qayğı göstərilir

Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından və qanlarından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsi hər zaman yüksək tutulur

Respublikamızda şəhid ailələrinə göstərilən dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Respublikamızda şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı özünü Füzuli rayonunda da göstərməkdədir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə Füzuli rayonundan 700-ə yaxın şəxs şəhid olmuş, 181 nəfər isə itkin düşmüşdür. Bunlardan 6 nəfəri isə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Bütün respublikamızda olduğu kimi Füzuli rayonunda şəhid ailələri dövlət təminatı ilə əhatə olunmuşlar, qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan istifadə edirlər. Rayonun bütün idarə, müəssisə və təşkilatlarında şəhid ailələrinə hər zaman diqqətlə, ehtiramla yanaşılır.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev də mütəmadi olaraq Milli qəhrəmanların və şəhidlərin ailə üzvləri ilə görüşlər keçirir, onların problemlərini dinləyir, əlamətdar günlərdə, Ramazan bayramı, Qurban bayramı, Yeni il və Novruz bayramlarında bu kateqoriyadan olan insanlara baş çəkir, mənəvi köməklik göstərir.

Şəhid ailələri ilə keçirilən görüşlərdə, aparılan söhbətlərdə Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlərdən razılıq ifadə olunur.
Füzuli rayonunda Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş insanların şərəfli ömür yolu gənclər arasında təbliğ olunur. Bildirilir ki, hər bir Azərbaycan vətəndaşı öz şəhidlərini tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar