Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Milli Şura iğtişaş yaratmaqla diqqəti öz üzərinə çəkmək istəyir”

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü: “Hesab edirəm ki, general-mayor Mirqafar Seyidov yetərincə təcrübəli bir zabitdir. Onun əlində yetərli faktlar mövcuddur”

“Son mitinqi kriminal hadisə kimi dəyərləndirmək olmaz. Yəni, insanlar öz düşüncələrində və seçimlərində azaddırlar”.

Bu sözləri deputat Zahid Oruc Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun müxalifətin son mitinqi ilə bağlı fikirlərinə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Xatırladaq ki, yanvarın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda Milli Şuranın mitinqi keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Milli Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinqdən sonra AXCP sədri Əli Kərimli müsahibə verərək hakimiyyət orqanlarının guya qorxuya düşdüklərini və buna görə də polis naryadlarının paytaxtın hər yerində səfərbər olduğunu iddia edib.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov isə son mitinqə münasibət bildirərkən bildirib ki, Milli Şuranın mitinqinə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracaq.

“Sonuncu mitinqlərində, onlar əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər etdilər. Sözsüz ki, bu cür qanunazidd hərəkətlərin qarşısı tərəfimizdən yerindəcə alındı. Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam”, deyə general-mayor Mirqafar Seyidov öz açıqlamasında bildirib.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Orucun fikirlərini öyrənib.

Zahid Oruc: ““Məhsul” stadionunu doldura bilməyən müxalifətin məqsədi prosesi dalğa effekti şəkilində yollara, küçələrə daşımaqdır”.

Mitinq zamanı ölkənin təhlükəsizliyinə birbaşa polisin cavabdeh olduğunu vurğulayan deputat Zahid Oruc qeyd edib ki, Milli Şura planlarının gerçəkləşməməsi fonunda iğtişaş yaratmaq, diqqəti öz üzərinə çəkmək istəyir:

“İlk növbədə qeyd edim ki, həyata keçirilməsi nəzərdə tutulan mitinqlərə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılıq verildikdən sonra qarşı tərəf bu qərarı qorxmaq, geri çəkilmək, Qərbin təzyiqi, idarəolunmaz vəziyyətin meydana çıxması və müxalifətçilərin real şəkildə iqtidara gəlmək imkanlarının yüksək olması ehtimalı kimi təbliğ edirlər. Əlbəttə, bu müxalifətin siyasi düşüncəsi və mövqelərdir. Yəni, ortada hansısa təhlükə yoxdur, onların əllərində silah da mövcud deyil, məmurlar və ya hansısa dairələrə qarşı konkret terror fəaliyyəti aparılmır. Bu baxımdan son mitinqi kriminal hadisə kimi dəyərləndirmək olmaz. Yəni, insanlar öz düşüncələrində və seçimlərində azaddırlar.

Məsələnin maraqlı tərəfi “Məhsul” stadionunu doldura bilməyən müxalifətin məqsədi prosesi dalğa effekti şəkilində yollara, küçələrə daşımaqdır. Hesab edirəm ki, general-mayor Mirqafar Seyidov yetərincə təcrübəli bir zabitdir. Onun əlində yetərli faktlar mövcuddur. Çünki təhlükəsizliyin təminatı hər bir halda polisin üzərindədir.

Biz çox yaxşı bilirik ki, üzərlərinə müxtəlif ittihamlar yağdırılan hüquq-mühafizə orqanları dəfələrlə Azərbaycanın müxtəlif ağır dönəmlərdən çıxarılmasında və dövlətçiliyin qorunmasında canlarını fəda ediblər. Eyni bir sıra kriminal cinayətkar sistemlərə qarşı dirəniş göstəriblər. Bu baxımdan öz vəzifələrini yerinə yetirən insanlardan düşmən obrazı formalaşdırmaq çox yanlışdır.

Zahid Oruc: “Əli Kərimlinin özü həmin tədbirə “biz azıq, meydanları doldura bilmirik”, şəklində münasibət bildirib”.

Mitinq texnologiyalarının zəruri qanunauyğunluqları var və mitinqlərin təşkilatçıları həmişğ çalışırlar ki, prosesin daha geniş, ictimai bir yön alması üçün prossesin dalğası genişləndirilməlidir. Məsələn, 90-cı illərdə belə olmuşdu. Bu amil mövcud olmadıqda, hansısa gərginlik nöqtəsi yaratmaq və polisi günahlandırmaq üzərindən təbliğat qurmaq kimi bir taktikadan istifadə edilir.

Biz bunu keçmişdə çox görmüşük. Əslində qeyd edilən çağırışı mitinqlərin birdəfəlik ləğvi anonsu kimi dəyərləndirməkdənsə, qanuni tədbirin təşkilatçılığının səbəbini araşdırmaq lazımdır. Əgər məqsəd həqiqətən qanuni tədbir keçirmək, öz tərəfdarlarını təşkilatlandırmaqla hansısa hədəflərə aparmaqdırsa, bunu lokal ərazidə etməyə ehtiyac var. Kənara çıxaraq düyün nöqtələrə zərbə vurmaq, hərəkəti iflic etmək fonunda isə hüquq-mühafizə orqanlarının məsələyə sərt reaksiyası mümkündür və bu normal qəbul olunmalıdır. Çünki kütləvi aksiya qanunvericiliklə tənzimlənir və bu aksiyalar digər vətəndaşların hüquqlarını məhdudlaşdıra ya da onlara maddi və mənəvi ziyan vura bilməz.


Tam əminliklə deyə bilərəm ki, polis orqanlarının tutduğu mövqe qanun və təhlükəsizlik naminədir. Hazırda isə mitinqdə olan 5-10 min adamın fəaliyyətindən hansısa narahatçılıq və ya başqa bir problem də mövcud deyil. Əli Kərimlinin özü həmin tədbirə “biz azıq, meydanları doldura bilmirik”, şəklində münasibət bildirib.

Zahid Oruc: “Azərbaycan xalqı həmin mitinqin səhnəsinə çıxanları gələcəyin hakimiyyət komandası kimi qəbul etmir”.

Təsəvvür edin ki, mitinqdə 100 min insan toplaşardı və belə olan təqdirdə yollarda onların qarşısını kəsmək olmazdı. Həmçinin meydan da mənəvi mənada azı 10 dəfə böyümüş olacaqdı. Mən həmin meydanda iki dəfə mitinq keçimişəm, oranın sahəsini və əldə ediləcək nəticələrini bilirəm. Yəni, İnşaatçılar metrosu çevrəsindən inqilabi bir mübarizəni başlayıb, Yasamal ərazisinə yaymaq və müxtəlif strateji obyektlərə hücum çəkmək qeyri-realdır. Mən bütün məsuliyyətimlə deyirəm ki, həmin meydanda 20-30 min insan olsaydı bu kütlə meydanın çərçivəsinə sığmaz və ətraf ərazilərə yayılardı.

Halbuki bu vəziyyət mövcud deyil. Yəni, ön cəbhədə olan kimlərsə sadəcə eyforik çağırışlar edir. Açıq demək lazımdır ki, hətta mitinqdə 4 və 5-ci sırada olan şəxslərin reaksiyasızlığı müşahidə olunurdu. Ən sərt tələb və istefa istəklərinə belə, onlar tərəfindən konkret hərəkət yox idi. Çünki onlar da bilirlər ki, səhnəyə çıxanları hakimiyyət komandası kimi təsəvvür etmək mümkün deyil və talelərini onlardan asılı saymırlar. Ümumiyyətlə Azərbaycan xalqı həmin mitinqin səhnəsinə çıxanları gələcəyin hakimiyyət komandası kimi qəbul etmir. O mitinqə gedənlərin böyük qismi müxalifət partiyalarının mənsublarıdır. Çox az bir hissəsi isə sadəcə olaraq müəyyən problemlərlə üzləşən insanlardır. Bu üzdən də həmin az qisim narazılıqlarını mitinqə gedib bildirməklə, hakimiyyətin bir vətəndaş kimi onların mövqeləri ilə hesablaşmasını istəyirlər”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar