BMT-nin Orta Şərq Sülh Prosesi Üzrə Xüsusi Koordinatoru Nikolay Mladenov BMT Təhlükəsizlik Şurasının İsrail-Fələstin probleminin müzakirə sessiyasında video konfrans yoluyla məlumat verib
Mladenov İsrailə qonşu bir Fələstin dövləti qurmaq ehtimalının meydançadakı gerçəklər tərəfindən sistematik olaraq aşındırıldığına diqqəti çəkib.
İsrailin işğal etdiyi Fələstin ərazilərində qeyri-qanuni yaşayış məntəqələrini genişləndirməyə, Qərbi Şeria və Qüdsdə Fələstinlilərə məxsus evləri ələ keçirib, dağıtmağa davam etdiyini bildirən Mladenov, yaşayış məntəqələrinin beynəlxalq hüququ pozduğunu, sülhün qarşısında maneə olduğunu deyib.
Fələstinlilər arasındakı pərakəndəliyə diqqəti çəkən Mladenov, bütün səylərə baxmayaraq tərəflərin irəliləmə qeyd olunmamasından bir-birilərini məsul tutduğunu və Fələstinlilər arasında həqiqi bir uzlaşma ümidinin də günü-gündən azaldığını qeyd edib.
Mladenov, “Fələstinlilər arasında həqiqi bir birlik olmadan Fələstinin suveren bir dövlət olma ehtimalı mümkün deyil. Qəzzada bir dövlət ola bilməz, Qəzza-sız da dövlət olmaz” deyib. (Müxalifət.az)
pia.az