Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əli Kərimli bir şeydə yanılır ki...” – ADP sədri

“Ölkədə vəziyyətin niyə dəyişmədiyi, müxalifətin hansı səbəbə effektiv mübarizə aparmadığı məsələləri ortaya çıxanda sanki ana müxalifət deyilən qüvvələrin gölünə daş atırsan, susurlar. Səlahiyyət məsələsi gələndə, “mən sizi arxamca aparacağam, qələbə qazanacağam” və s. kimi bəyanatlar verib qabağa çıxırlar. Əli Kərimlinin mitinqdə kütləyə baxıb öz elektoratı kimi görməsi yanlış hərəkətdir”

Pia.az bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, “ana müxalifət” ilk növbədə məsuliyyət daşıyan müxalifət deməkdir:

“Müxalifətin bugünkü məsuliyyətini daşımayan qüvvə ana müxalifət ola bilməz. Əli Kərimliyə icazə verilməsəydi, necə mitinq keçirəcəkdi? Hökumət müxalifətin özündə də rəqabəti yaratmaq üçün birinə mitinq üçün icazə verir, birinə isə vermir. Müxalifətdə müəyyən qüvvələr də öz marağına uyğun fürsətdən istifadə etməyə cəhd göstərir. Əli Kərimli də gördü Müsavat Partiyasına mitinq üçün icazə verilmədi, ona icazə verdi. Mitinqə təkcə Əli Kərimlinin tərəfdarları gəlməmişdi. Azərbaycan Xalq Hərəkatı Təşəbbüs qrupundan da çoxlu adam vardı, böyük kollektiv əmələ gəldi. Əli Kərimli bir şeydə yanılır ki, kütləyə baxıb öz elektoratı kimi görür”.
ADP sədri qeyd edib ki, hadisələrə siyasi cəhətdən yanaşdığından özü lazımı vaxtda mitinqlərin qabağında gedəcək:

“İndi müəyyən kiçik oyunlar oynanılır, o oyunlarda iştirak etmək fikrim yoxdur”.

Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimli və Müsavatın keçmiş başqanı İsa Qəmbərlə münasibətlərinə də toxunub:

Əli Kərimli ilə heç bir münasibətim yoxdur, heç münasibət saxlamaq fikrim də yoxdur. Əli Kərimlinin mənə qarşı münasibəti pisdir, hər şey qarşılıqlıdır. İsa Qəmbərlə isə dostam, bunu siyasi münasibətlərdən daha çox dostluq münasibətləri kimi dəyərləndirirəm”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar