Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Livandakı səfiri: “Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır” - Müsahibə

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda görkəmli şair və mütəfəkkir, Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olmuş İmadəddin Nəsimninin şərəfinə "Nəsimi ili" elan olunub

Bu il dahi mütəfəkkirin 650 illik yubileyi qeyd olunacaq.

Məlum olduğu kimi, Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir. Müharibə bölgəsi olan Hələb şəhərindəki məzarın taleyi Azərbaycanda da narahatlıq doğrur.

Azərbaycanın hazırda Suriyada diplomatik korpusu fəaliyyət göstərmir. Ölkəmizin Suriya ilə münasibətləri Livandakı səfirliyimiz vasitəsilə tənzimlənir.

Pia.az modern.az-a istinadən bildirir ki, Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürov müsahibə verib:

- Cənab səfir, bildiyiniz kimi, 2019-cu il Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda "Nəsimi ili" elan olunub. Sərəncamı necə qiymətləndirirsiz? Səfirlik olaraq, Nəsiminin məzarına nəzarət edə bilirsizmi?

- Əvvəla, cənab Prezidentin sərəncamını yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu çox yaxşı təşəbbüsdür. Qaldı ki, Nəsiminin məzarına nəzarət etməyimizə, hazırda Suriyada onun qohumlarının yaşadığını deyə bilərəm. Bildiyiniz kimi, Suriya münaqişə ocağıdır. Açığı, Nəsiminin məzarının olduğu yerə gedib-gəlməyimiz çətindir. Ora səfər etməyimiz bir qədər müşkül məsələdir. Sadəcə, onu söyləyə bilərəm ki, bu günə kimi Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır.

- Vaxtaşırı qohumları ilə əlaqə saxlayıb, real vəziyyət barədə informasiya əldə edə bilirsinizmi?

- Əlbəttə. Bu barədə onun varisləri ilə söhbətlərimiz olur. Onlar da Nəsiminin məzarının normal vəziyyətdə olduğunu söyləyirlər. Təbii ki, münaqişə ocağı gedən ərazidən söhbət gedir. Buna baxmayaraq, məzar dağıdılmayıb. Ona görə də nisbətən normal vəziyyətdə olduğunu söyləmək olar. Həmçinin, Suriyaya gediş-gəlişimiz olmasa da, Nəsiminin qohumları ilə Livanda görüşə bilirik. Çünki Bakıdan birbaşa Suriyaya hava uçuşu yoxdur. Suriyadan Azərbaycana gəlmək istəyənlər belə, Livan ərazisindən keçərək səfərlərini həyata keçirirlər.

- 2019-cu ilin "Nəsimi ili" elan olunması Nəsiminin məzarının Azərbaycana gətirilməsi iddialarını da gündəmə gətirdi. Tarixçilər, ədəbiyyatşünaslar bunun doğru olmadığını bildiriblər. Siz necə düşünürsüz? Nəsiminin məzarı Azərbaycana gətirilməlidirmi?

- Səfirlik olaraq Nəsiminin məzarının Azərbaycana aparılmasını düşünmürük. Səfirlik də dövlət qurumudur. Cənab prezidentin, yaxud da Nazirlər Kabinetinin sərəncamı olarsa, Xarici İşlər Nazirliyi tərəfindən hər hansı göstəriş verilərsə, onu yerinə yetirəcəyik. Qaldı ki, Nəsiminin məzarının Azərbaycana aparılmasının münasib olub-olmamasına, düşünürəm ki, bu barədə alimlər nəsə deyə bilərlər.

- Maraqlıdır, Nəsiminin varisləri 2019-cu ilin "Nəsimi ili" elan olunmasına necə reaksiya verdilər? Bakıya gəlməyi düşünürlərmi?

- Nəsiminin varisləri əlamətdar hadisədən xəbərdardırlar. Bütün lazımi məlumatlar onlara ötürülüb. 2018-ci ilin sentyabrında Azərbaycanda Humanitar Forum keçirilmişdi. Həmin Forumda Nəsiminin qohumları da iştirak edib. Bakıda olarkən bu barədə onlarla ətraflı söhbət də aparılıb. Hazırda onların 2019-cu ildə Azərbaycana səfər edəcəkləri barədə nəsə söyləyə bilmərəm. Güman ki, Azərbaycanda hər hansı beynəlxalq tədbir keçiriləcəyi təqdirdə onlar da dəvət olunacaq və Nəsiminin yadigarları olaraq bu dəvətdən məmnuniyyətlə istifadə edəcəklər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar