Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın iki ili – məğlub, ya qalib?

Elxan Şahinoğlu: “Tramp siyasətə ticarət obyekti kimi baxır. Harda qazancı varsa, o istiqamətdə addım atır”

ABŞ prezidenti Donald Trampın 2016-cı ildə gözlənilməz şəkildə seçkilərdə qalib gəlib Ağ Evə yerləşməsindən iki il ötür. Onun zəfər qazanmasında seçkiqabağı kampaniya boyunca bir çox populist vədlərinin rolu böyük olmuşdu.

BBC bütün bu dövr ərzində Donald Trampın hansı vədlərini yerinə yetirdiyi, hansılarının isə yarımçıq qaldığı və ya ümumiyyətlə, icra olunmadığı barədə xüsusi yazı hazırlayıb.

Müsəlmanlara ABŞ-a giriş qadağası - Qismən

Trampın seçki öncəsi ən hay-küylü vədlərindən biri müsəlmanların ABŞ-a girişinin qadağan edəcəyi olub. ABŞ prezidenti sonradan “tamamilə yasaq” ibarəsini “sıx nəzarətdən keçirməklə” sözü ilə əvəz etsə də, prezident seçildikdən sonra bununla bağlı qanunvericilik təşəbbüsü irəli sürüb. Yalnız 3-cü cəhddən sonra keçən qanun bir sıra müsəlman ölkələrindən gələn şəxslərin ABŞ-a gəlişi yasaqlanıb.

ABŞ Ali Məhkəməsi xüsusilə 5 ölkəyə (İran, Liviya, Somali, Suriya və Yəmən) tətbiq olunan qadağa tədbirlərinin bununla bağlı etirazlar nəticələnəcəyinə qədər qüvvədə qalacağını bildirib.

Meksika ilə sərhəd boyunca divar tikilməsi - Qismən

Bu vəd seçkiqabağı kapaniyanın ən mübahisəli məsələlərindən biri olub. Daxili təhlükəsizlik nazirliyinin bununla bağlı hazırladığı raportda divarın 21 milyard dollardan artıq qiymətə başa gələcəyini xəbər etməsi, təşəbbüsə şiddətlə etiraz edən demokratlardan başqa bir çox respublikaçıları da tərəddüdə salıb. 2018-ci ilin sonunda Tramp divar tikintisi üçün Konqresdən 5 milyard dollar pul ayrılmasını tələb etsə də, aşağı palatanı əlində tutan Demokrat partiyası buna imkan verməyib. Nəticədə ABŞ-da indinin özündə də davam edən “şatdaun”, yəni hökumətin işinin dayandırılması böhranı yaranıb.

Bütün qeyri-leqal miqrantların ölkədən çıxarılması - yerinə yetirilməyib

Hətta 2018-ci ildə ölkədən deportasiya edilənlərin sayı (256 min) Barak Obama dövründəki icra olunan rəqəmlərin də (410 min) xeyli gerisindədir.
Trampın gücü isə uşaq miqrantlara çatıb. Ağ Ev administrasiyası 700 min gənc miqranta ölkədə qalmaq haqqı verən “Uşaq miqrantlar” haqqında qanunu ləğv edib.

Paris İqlim sazişindən çıxmaq - yerinə yetirilib

İŞİD-in bombalanması - icra olunub

Yaxın Şərqdə ABŞ əsgərlərini geri çəkmək - qismən

Vergilərin aşağı salınması - yerinə yetirilib

İnfrastruktur işlərinin bərpası -heç nə edilməyib

Ali Məhkəməyə qatı mühafizəkar üzv təyin olunması - yerinə yetirib

Ticarət sazişlərinin aradan qaldırılması - qismən

Kuba ilə münasibətlərin sərtləşdirilməsi - qismən

Qüdsü İsrailin paytaxtı kimi tanımaq - qismən

Barak Obamanın sığorta haqqında qanununun (Obamacare) ləğvi - qismən

NATO-dan çıxmaq - vaz keçib

İşgəncənin leqallaşdırılması - imtina edib

Hillari Klintonun məhkəmə qarşısına çıxarılması - bacarmayıb

Donald Tramp qalib gəlməsi halında rəqibi Hillari Klintonu cinayət məsuliyyətinə cəlb edəcəyini hər yerdə , o cümədən tvitter hesabında açıqlayıb. Lakin sonradan Klinton haqqında “bu ölkənin ona minnət borcu var” deyərək bu iddiasından vaz keçib.

Musavat.com xəbər verir ki, bu sadalanan məqamlar Trampın iki illik hakimiyyəti dövründə diqqəti çəkən məqamlardır. Bəs Azərbaycan politoloqları bu barədə nə düşünür?

“Atlas” Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, adətən siyasətçilər seçkidən öncə çox vədlər verirlər. Müsahibimizin sözlərinə görə, rəsmi vəzifən yoxdursa, istənilən vədi verə bilərsən: “Tramp qeyri-adi siyasətçidir. Verdiyi vədləri yerinə yetirir. Utopiya olsa belə, vədləri yerinə yetirir. Deyirdi ki, Meksika sərhədini Meksika hökumətinin hesabına hördürəcək. Amma indi məsələ ciddiləşir. Amerika tarixində ikinci dəfədir belə hal baş verib. Bu dəfə rekord qırır. Dövlət işçiləri aylardır maaş ala bilmir. Tramp eyni zamanda Çinlə də uğur qazandı. Öncə Çini divara sıxışdırmağa çalışdı. Sonra şərtləri müzakirə etdi. Çinin maraqlarına cavab vermirdi ki, Amerika ilə iqtisadi müharibə aparsın. Bununla belə, müəyyən uğurlar da qazanır. Daxildə də müəyyən iqtisadi islahatlara imza atıb”.

E.Şahinoğlu dedi ki, Trampın şüarı “Hər şey Amerika üçün”dür. Onun sözlərinə görə, prezidentin bütün siyasəti o istiqamətdədir: “İqtisadi müharibələr aparırlar. Buna baxmayaraq, reytinqi yüksək deyil. Zaman-zaman qalxır, sonra enir. Tramp siyasətə ticarət obyekti kimi baxır. Harda qazancı varsa, o istiqamətdə addım atır. Qısa müddət ərzində komandasını dəyişib. Amerikada stereotiplər vardı – dərin dövlət, siyasət, vərəsəlik sistemi ilə bağlı düşüncələr daşlaşıb. Tramp bütün bunları darmadağın etdi. Tramp öz bildiyini edir. Türkiyə ilə münasibətlərini görür. Trampı “tveet prezidenti” adlandırırlar. Əslində siyasətçilərin sosial şəbəkədən istifadə etməsinin müsbət tərəfi odur ki, birbaşa rabitə yaradırlar. Amma siyasətçi düşündüyünü deməməlidir. Bu mənada özünə və ölkəsinə problem yaradır”.

Müsahibimiz D.Trampın bəzi davranışlarının çox çılğın və spontan olduğunu dedi. Onun sözlərinə görə, Amerika prezidenti öncə tveet yazıb, ordunu Türkiyədən çıxardığını yazdı. Ardınca ətrafındadkılar ona ordunu belə tez çıxara bilməyəcəklərini anladıblar: “Sonradan ayrıca tveet yazdı və Türkiyəni təhdid etdi. Ağlagəlməz siyasətdir. Amma siyasətini aparır, heç nədən çəkinmir. Tutduğunu həyata keçirir. Siyasətdə yeni xətdir. Fransa prezidenti Makron da çoxlu vəd vermişdi. Amma reallıqları gördü, yerinə yetirə bilmədi. Barak Obama da hakimiyyətə böyük ümidlərlə gəldi. Hamı dedi ki, yeni cığır açdı. Amma 8 ildə yadda qalan prezident olmadı. Tramp bu mənada həm mənfi, həm müsbət istiqamətdə yaddaşlarda və tarixdə yer tapdı”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar