Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan hökuməti ölkəyə səfər edənlərə müraciət edib

Gürcüstana səfər təhlükəsiz olaraq qalır

Pia.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası və Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin yaydığı birgə bəyanatda vurğulanıb.

Bəyatanda bildirilib ki, Gürcüstanda qripə yoluxma ilə bağlı mətbuatda həddən artıq məlumatlar yayılıb: “Gürcüstan hökuməti mövsümi yoluxmaların qarşısını almaq üçün sistematik tədbirlər həyata keçirir. Yoluxma riski mövsümi normalar çərçivəsindədir. Son məlumatlara əsasən, 100 min sakin arasında 251 yoluxma halı qeydə alınıb və bu halların azalma tendensiyası müşahidə olunur. Mövsümi qriplə bağlı yoluxma hallarının artacağı gözlənilmir”.

Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatı Gürcüstanda mövsümi qriplə bağlı ölkəyə səfərlərlə bağlı hər hansı bir tədbir və ya məhdudiyyətin tətbiqini məsləhət görməyib.

Gürcüstanın Milli Turizm Administrasiyası və Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzi ölkəyə səfər edənlərə hər hansı bir xəstəliyə yoluxmamaq üçün ümumi gigiyena qaydalarına riayət etməyi tövsiyə edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar