Madrid məhkəməsi futbolçu Kriştianu Ronaldunu vergidən yayınmaqda təqsirləndirib
O, 23 aylıq şərti cəzaya məhkum edilib, həmçinin, 19 milyon avro məbləğində cərimə ödəməlidir.
K.Ronaldu dörd vergi cinayətini işlədiyini etiraf edib və həmin vaxt onun iki illik həbs cəzasına məhkum ediləcəyi bildiirlirdi.
İspaniya qanunlarına görə, bu halda yalnız şərti cəza tətbiq edilir.
Ronaldu 2011-2014-cü illərdə öz gəlirlərini gizlətməkdə ittiham olunub. Əvvəlcə bu məbləğin 14,7 milyon avro olduğu söylənilirdisə, sonradan oyunçunun vəkilləri onu 5,7 milyon dollara endirə biliblər.(oxu.az)
pia.az