Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaşlıqla bağlı qanun və Ailə Məcəlləsi dəyişdirilir

Yanvarın 22-də Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı ilk iclası keçirilib

MM sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova əvvəlcə 2018-ci il payız sessiyasının yekunlarından danışaraq, bildirib ki, hesabat dövründə komitənin altı iclası keçirilib, yeddi məsələ, o cümlədən, üç qanun layihəsi müzakirə olunub:

“Müzakirəyə çıxarılan hər bir qanun layihəsi Milli Məclisdə qəbul olunub”.

Deputatlar komitənin payız sessiyasına dair hesabatını məqbul sayıblar.

İclasda 2019-cu ilin yaz sessiyası üçün komitənin iş planı müzakirə olunub.

Müzakirələrdə çıxış edən komitə üzvləri 2019-cu ilin yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə fikirlərini bildirib, bir sıra təkliflər səsləndiriblər. Sonra komitənin iş planı təsdiqlənib.

Daha sonra gündəlikdəki digər məsələlərə baxılıb.

İclasda “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanunun mövcud redaksiyasına əsasən, fərdi identifikasiya kartı vətəndaşın valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin, bir sözlə, qanuni nümayəndəsinin müraciəti əsasında verilir.

Vətəndaşın qanuni nümayəndələrinin müəyyən səbəblərə görə fərdi identifikasiya kartının alınması üçün müraciət etmək imkanının olmadığı hallarda digər şəxslərin fərdi identifikasiya kartının alınması üçün müraciətləri ilə bağlı münasibətləri dəqiq tənzimləmək məqsədilə qanuna bəzi dəyişikliklər təklif olunur.

Belə ki, vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin də fərdi identifikasiya kartının alınması üçün müraciət etmək hüququ təmin olunacaq.

Qeyd edilib ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna təklif olunan dəyişiklik bu sənədi “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna uyğunlaşdırmaq məqsədilə hazırlanıb.

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun 1.1-ci maddəsinə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı Azərbaycan Respublikasının ərazisində onun şəxsiyyətini təsdiq edən sənəddir.

Buna uyğun olaraq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 6-cı maddəsinə Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərin siyahısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və pasportu ilə yanaşı, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının əlavə olunması təklif olunur.

Sonra Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bildirilib ki, təklif olunan dəyişiklik doğumun qeydə alınmasının notariat qaydada müəyyənləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır.

Bu Məcəlləyə təklif edilən digər dəyişiklik Azərbaycan Respublikası prezidentinin 2016-cı il 27 aprel tarixli, 1993 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün milli Fəaliyyət Planı”nın 1.4-cü bəndinin icrası ilə bağlı elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi məqsədi daşıyır.

Müzakirə edilən bütün qanun layihələri MM-in plenar iclasına tövsiyə edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar