Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: Gürcüstanın Baş naziri dəyişdiriləcək

Gürcüstanın bəzi mətbuat orqanları hökumətdə tezliklə dəyişikliklərin baş verəcəyi barədə məlumatlar yayıblar

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, Baş nazir Mamuka Baxtadze daxili işlər naziri Giorgi Qaxariya ilə əvəzlənəcək.

Mətbuatın yazdığına görə, hakim Gürcü Arzusu Partiyasının rəhbəri Bidzina İvanişvili Baş nazirin dəyişdirilməsi ilə bağlı artıq qərar qəbul edib.

Yerli ekspertlər də G.Qaxariyanın Baş nazir olacağını proqnoz edirlər. Onların fikrincə, B.İvanişvilinin söz verdiyi dəyişikliklər daxili işlər nazirinin Baş nazir təyin olunması ilə yekunlaşacaq.

KİV həmçinin müdafiə naziri Levan İzoriyanın da vəzifəsindən uzaqlaşdırılacağı barədə xəbərlər yayıb.

Yayılan məlumatları şərh edən Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bu cür informasiyaları ciddi qəbul etmədiyini bildirib: “Partiyamızın lideri Bidzina İvanişvili bir neçə həftə öncə, həqiqətən də, il ərzində hökumət və hakim partiyada dəyişikliklərin baş verəcəyini bildirib. Lakin o, Baş nazirin əvəzlənməsi barədə heç bir şey deməyib”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar