Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Suriyaya girməsəydi, Türkiyənin Yaxın Şərqdə vəziyyəti necə olacaqdı?

Politoloq: “Əlbəttə ki, nə Rusiya, nə Türkiyə, nə də İran təkbaşına ABŞ-ın Suriyada formalaşdırdığı alyansa qarşı dayana bilməyəcəkdi. Onlar güclərini birləşdirib müqavimət göstərdikləri üçün bu günkü sitausiya yarandı”

Suriyanın dinc quruculuğu məsələsində Rusiya, yoxsa Türkiyə şirkətlərinin iştirak etməli olması, Əsədin hakimiyyətdə qalıb-qalmaması, kürdlərə muxtariyyat verilib-verilməməsi məsələsində gələcəkdə Rusiya ilə Türkiyə arasında fikir ayrılığı ola bilər”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Suriya məsələsində Rusiyanın rolunun Türkiyənin bölgədəki siyasətinə təsirini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Məlumdur ki, Yaxın Şərqdə geosiyasi proseslərin intensivliyi azalmır. Belə ki, Suriyada silahlı toqquşmaların şiddəti də artmaqda davam edir. İntensivliyin artmasına səbəb olaraq ekpsertlər düşünür ki, ABŞ-ın strateji məqsədi Suriya-İraq-Türkiyə “üçbucağı”nda vahid kürd ərazisi yaratmaq, orada dövlət qurmaq və sonrakı mərhələdə ondan İranla Türkiyəyə qarşı istifadə etməkdən ibarətdir.

Bu proses Rusiyanın Suriyadakı mövqeyini də zəiflətmiş olar. Onlara görə, Türkiyə daha müstəqil siyasət yeritməyə, İran özünü qorumaq üçün bütün imkanlardan istifadə etməyə, Rusiya qlobal gücə çevrilməyə çalışır. Fərqli maraqları olan bu üç ölkəni isə indiki halda birləşdirən ortaq məqsədlər də var ki, məhz həmin nöqtələrdə Rusiya-İran-Türkiyə əməkdaşlıq formatının perspektivini görmək mümkündür.

ABŞ, İsrail və Qərb dövlətləri isə ənəvi olaraq Suriya prezidenti Bəşər Əsədə qarşı çıxırlar. Onlar hesab edirlər ki, Əsəd rejiminə hər hansı dəstək yalnız ölkədəki hərbi münaqişənin uzanmasına səbəb olacaq.

Amerikalılara görə, Rusiyanın yardımı, rejimi məhz onun hərbi əməliyyatlarda uduzduğu bir vaxtda möhkəmləndirdi. Həmin dövrdə ABŞ-ın Dövlət katibi Con Kerri Sergey Lavrovla söhbəti zamanı qeyd edib ki, regionda Rusiya hərbçilərinin və hərbi texnikasının artması münaqişənin qızışmasına səbəb olacaq.

Maarqlıdır ki, Rusiyanın Suriyaya hərbi müdaxiləsi olmasaydı, Suriya cəbhəsində Türkiyənin vəziyyəti necə ola bilərdi? Demək olarmı ki, Rusiya Suriyaya girməsəydi, Türkiyə bölgədə təklənəcək və ABŞ-ın “Böyük Orta Doğu” layihəsi problemsiz reallaşa biləcəkdi?

Eyni zamanda Əsəd rejimini qəbul etməyən Ərdoğan hakimiyyəti Suriyada ancaq Türkiyənin milli və ərazi bütövlüyü üçün təhlükəyə çevrilən kürdləri neytrallaşdırmaqda maraqlıdır, yoxsa Ankaranın Suriyada başqa strateji maraqları da mövcuddur və bu maraqlar gələcəkdə Rusiya ilə uzlaşdırıla bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Nəzakət Məmmədova: “Rusiyanın Suriyaya hərbi müdaxiləsi olmasaydı, məncə, Türkiyə yenə də qalib olardı. Çünki Türkiyənin əməliyyatlarına Rusiya dəstək vermədi”.

Rusiyanın Suriyada mövcudluğunun Türkiyənin güclənməsinə səbəb olduğunu qeyd edən politoloq Nəzakət Məmmədova görə, Suriya məsələsində Rusiya-Türkiyə münasibətlərində müəyyən uzlaşmalar olsa da, gələcəkdə fikir ayrılıqlarının baş verəcəyi gözləniləndir:

“Türkiyənin Suriyada əsas marağı milli təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaqdır. Çünki Türkiyə yaxşı bilir ki, Suriyanın və İraqın şimalında Amerikanın yaratmaq istədiyi kürd dövləti, hətta muxtariyyat statusunda olsa belə, böyük bir dövlətə çevrilə bilər və bu dşvlət ABŞ və İsrail üçün Türkiyəyə qarşı plasdarm olar . Yaxın Şərqdə bir sıra dövlətlərin, o cümlədən Türkiyənin, Suriyanın, İraqın və İranın ərazi bütövlüyünə xələl gətirə bilər. Amerikanın kürd dövləti yaratmaq planı, dediyimiz kimi, 4 dövlətə - Suriya, Türkiyə, İran, İraqın ərazi bütövlüyünə birbaşa təhdiddir. Kürd dövləti onların ərazisi hesabına yaradılacaq. Türkiyə isə bunun qarşısını almaq üçün Suriyada proseslərə başladı. Türkiyənin ən əsas məqsədi kürd dövlətinin yaradılmasının və onun ərazisində Türkiyənin ərazi bütövlüyünə qarşı bir təhdid yaranmasının qarşısını almaqdır.

Rusiyanın Suriyaya hərbi müdaxiləsi olmasaydı, məncə, Türkiyə yenə də qalib olardı. Çünki Türkiyənin əməliyyatlarına Rusiya dəstək vermədi. Rusiya kömək də etmədi, lakin mane də olmadı. Rusiyanın köməyi ondan ibarət oldu ki, o, Türkiyənin Suriyada əməliyyat keçirməsinə mane olmadı, etiraz etmədi. Elə bu, Rusiyanın köməyi idi. Amma biz görmədik ki, Rusiya Türkiyəyə hər hansı lojistik və hərbi dəstək versin. Yəni, Rusiya orada olmasaydı belə, yenə də Türkiyə Afrin əməliyyatı da daxil olmaqla, bir çox işlər görəcəkdi.

Nəzakət Məmmədova: “Türkiyənin ən əsas məqsədi kürd dövlətinin yaradılmasının və onun ərazisində Türkiyənin ərazi bütövlüyünə qarşı bir təhdid yaranmasının qarşısını almaqdır”.

Sadəcə bunu da etiraf edək ki, Rusiyanın, İranın Suriyada olması Türkiyənin gücünə güc qatdı. Yəni, üç ölkə bir-birinə güc verdi və Amerikaya qarşı dayana bildilər. Əlbəttə ki, nə Rusiya, nə Türkiyə, nə də İran təkbaşına ABŞ-ın Suriyada formalaşdırdığı alyansa qarşı dayana bilməyəcəkdi. Onlar güclərini birləşdirib müqavimət göstərdikləri üçün bu günkü sitausiya yarandı. İndi yenə də Amerika buna qarşılıq olaraq Suriya ərazisində artıq onlara qarşı Səudiyyə Ərəbistanı, BƏƏ-ni və körfəzin bəzi ərəb ölkələrini qoyur. Burada artıq bir qarşıdurmanın əlamətləri görünür.

Lakin gələcəkdə Türkiyə ilə Rusiyanın maraqları toqquşa bilər. Məsələn, Suriyanın dinc quruculuğu məsələsində Rusiya, yoxsa Türkiyə şirkətlərinin iştirak etməli olması, Əsədin hakimiyyətdə qalıb-qalmaması, kürdlərə muxtariyyat verilib-verilməməsi məsələsində də fikir ayrılığı ola bilər. Hətta biz Astana prosesi çərçivəsində də gördük ki, Tehranda Putinlə Ərdoğan arasında fikir ayrılıqları oldu. Bu isə təbiidir.

Nəzakət Məmmədova: “Rusiya Suriyadan istifadə edərək imkan vermədi ki, Qətər qazı Avropaya çatdırılsın və Avropa bazarında Rusiya qazının monopolyasına rəqabət yaratsın”.

Suriya proseslərində iştirak edən dövlətlərin hər birinin öz maraqları var. Burada Rusiyanın maraqları sözdə deyilən və əslində olan maraqlardan ibarətdir. Rusiya sözdə Suriyanın ərazi bütövlüyünü qoruduğunu iddia edir. Çünki RusiyaSuriya arasında dostluq və qarşılıqlı yardım haqqında müqavilə var. Bu müqaviləyə görə, bu iki dövlətdən birinin ərazisinə xarici təhlükə olarsa, vətəndaş müharibəsi baş verərsə, digər dövlət ona hərbi-siyasi yardım edə bilər. Yəni, Rusiya iddia edir ki, bu, beynəlxalq hüquqa uyğun bir şəkildə həyata keçirilən qardaşlıq yardımıdır. Əslində isə Rusiyanın Suriyadakı maraqları başqadır.

Amerika sıxışdırılmış təbii Qətər qazının Avropa bazarına çıxarılmasını istəyirdi. Çünki Avropanın hal-hazırda Rusiyadan qaz asılılığı var və Amerika da Avropanın Rusiyadan qaz asılılığını azaltmaq üçün Avropaya alternativ qaz xəttlərinin çəkilməsində maraqlıdır. Bunlardan biri bizim Cənub qaz dəhlizidir ki, ABŞ bu layihəni dəstəkləyir.

Digər bir layihə kimi isə ABŞ Suriyadan tranzit kimi istifadə etməklə, Qətər qazının Avropaya nəqli məsələsini dəstəkləyirdi. Qətərdə milyardlarla kubmetrlə qaz ehtiyatları var. Bu qaz ehtiyatlarının Suriya ərazisindən keçməklə, Avropaya nəqli məsələsi gündəmdə idi. Və Rusiya bu münaqişəyə daxil olmaq və qızışdırmaqla, Suriyada qeyri-sabitliyin yaradılmasında maraqlı idi.

Nəzakət Məmmədova: “Biz Suriyaya Rusiyanın təmənnasız yardımını yox, Rusiyanın Suriya ərazisindən istifadə etməklə, öz qaz ehtiyatlarını Avropaya satmaq istəməsini görürük”.

Təbii ki, qeyri-sabit, parçalanmış dövlətin ərazisindən heç kim risk edib qaz boru xətti, nəqliyyat kəmərləri çəkməzdi. Belə də oldu. Belə ki, biz Suriyaya Rusiyanın təmənnasız yardımını yox, Rusiyanın Suriya ərazisindən istifadə etməklə, öz qaz ehtiyatlarını Avropaya satmaq istəməsini görürük. Yəni, Rusiya Suriyadan istifadə edərək imkan vermədi ki, Qətər qazı Avropaya çatdırılsın və Rusiya qazına rəqabət yaratsın”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar