Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın təzə aldığı kamikadze-dron Suriyada zenit-raket kompleksini vurdu

Ötən gün yanvarın 21-də İsrail aviasiyasının Suriyaya növbəti zərbələri zamanı Rusiyanın Əsəd ordusuna verdiyi “Pantsir-S1” zenit-raket kompleksinin hansı silahla vurulduğu məlum olub

Rusiyalı hərbi ekspert Vladislav Şurıqin “İzvestiya” qəzetinə açıqlamasında kompleksin “SkyStriker” piltosuz zərbə aparatı ilə vurulduğunu bildirib.

Ekspert qeyd edib ki, səmada “asılı qalan” pilotsuz döyüş sursatı SkyStriker İsrailin “Elbit Systems” şirkəti tərəfindən istehsal olunur. Bu, sürəti saatda 190 km/saatdan çox olmayan, elektrik mühərriki ilə təchiz edilmiş kiçik kamikadze-drondur. Kütləsi cəmi 35 kiloqramdır və onun da 5-10 kiloqramı döyüş başlığının payına düşür. Dron havada iki saata qədər qala bilir. Onu telemüşahidə rejimində operator idarə edir.

Şurıqin bildirir ki, bu pilotsuz döyüş aparatının gündüz saatlarında tətbiqi müəyyən problem yaradır, çünki onu adi atıcı silahla da vurmaq olar. Lakin gecə saatlarında bu cür kamikadze-dronların “sürüsü” düşmən üçün ciddi problem yarada və onun hava hücumundan müdafiə vasitələrini sıradan çıxara bilər.

Xatırladaq ki, Suriyada “Pantsir-S1” zenit-raket kompleksinin vurulmasına dair görüntüləri İsrail ordusu yayıb. Görüntülərə əsasən kompleks İsrail təyyarələrinə tərəf iki raket buraxır, raketlər hədəfə dəymir və daha sonra kompleksin özü havadan zərbə ilə məhv edilir.

“SkyStriker” pilotsuz zərbə aparatları Azərbaycan ordusunun da silahlanmasında yer alır. Belə ki, bu günlərdə prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə qüvvələrinin bazasında olarkən həmin dronun görüntüləri yayılmışdı. Və xarici hərbi bloqlardan biri görüntülərə əsasən söhbətin “SkyStriker” kamikadze-dronlarından getdiyini yazmışdı.

Azərbaycan İsraildən bundan əvvəl də pilotsuz zərbə aparatlarının müxtəlif tiplərini əldə edib. O cümlədən yerli müdafiə sənayesi müəssisəsi “Zərbə” pilotsuz aparatını istehsal edir.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar