Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ qoşunlarının Suriyadan çıxarılması Cənubi Qafqaza da təsir edəcək – Təhlil

Azərbaycan bölgədə səmərəli rol oynamağa tələsməlidir

Stanislav Tarasov

regnum.ru, 18.01.2019

ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan çıxarılması haqda bəyanatı birinci növbədə bu hadisənin fərqli qəbul edildiyi Yaxın Şərqdə böyük əks-səda doğurub.

Bəzi ölkələr bunu Amerika güclərinin bölgədə iştirakının genişmiqyaslı ixtisarının müjdəsi sayır, başqaları İran üçün yeni problemlərin meydana çıxması kimi baxırlar.

Dərhal dörd dövlətə – İraq, Suriya, Türkiyə və İrana toxunan kürd problemi dəqiq işarələnir. Həm də kürdlər İraqda artıq muxtariyyətə malikdir, Suriyada belə bir statusu perspektivdə əldə edə bilərlər, Türkiyə və İranda isə onların hərəkatı separatçılıq kimi qavranılır.

İstənilən halda bu yöndə ən ağlasığmaz geopolitik kombinasiyalar ortalığa çıxır və çıxacaq.

Ankara bununla bağlı açıq, Tehran isə əlaltından “risklərin strateji hasarlanması” deyilən üsula əl atır. ABŞ-ın Suriya kampaniyasının Yaxın Şərq üçün nəticələrinin dəyərləndirilməsində hər bir halda yeni çıxış nöqtəsi və bitişik bölgələrdə Amerika xarici siyasətinin bir sıra süjetləri meydana çıxır. Söhbət, xoşbəxtlikdən, geniş savaş meydanına çevrilməyən, amma Yaxın Şərq burulğanlığının həmişə barometri olmuş və olmaqda qalan Cənubi Qafqazdan gedir.

Bununla yanaşı, bölgənin üç dövlətindən təkcə yalnız Azərbaycan Türkiyə ilə hərbi-siyasi alyansda durmaqla və İranla müəyyən uzunluğu olan sərhədə malik olmaqla Yaxın Şərq bölgəsinə fəal inteqrasiyalanıb. Amma Bakı Moskva yönündə də fəal siyasət yürüdərək onunla sıx ticari-iqtisadi və hərbi-texniki işbirliyi qurur. Azərbaycan məhz buna görə Yaxın Şərqdə dəyişən proseslərin müəyyən parametrlərinə həssas qıcıq verir.

Paradoks bundadır ki, Bakıya sovet dönəmindən “separatçı” Dağlıq Qarabağ qalıbsa, Vaşinqton eyni problemi kürdlərin simasında Türkiyənin qarşısında nişanlayıb.

ABŞ İranda və çevrəsində bundan sonra da durumu qarışdırmağa çalışarsa, bu, hökmən bütün Cənubui Qafqaza, birinci növbədə Azərbaycana təsir edəcək, çünki Azərbaycan-İran münasibətləri yaxşı və dostcasına görünsə də, onda xeyli sualtı daşlar var.

Gürcüstana gəlincə, o, Bakıyla strateji tərəfdaşlıqda duraraq Qərbyönlü kurs bəyan edir və Avropa, Avroatlantika strukturlarına can atır. Rəsmi Tiflis bununla yanaşı, Qərb yönümüylə yenə də Avropa deyil, Amerika “kozır”ını ehtiyatda saxlayır. Gürcüstanın Qərbin müxtəlif strukturlaırna inteqrasiya müddətinə nisbətdə dəyərləndirmənin araşdırılması göstərir ki, indiki anda onun üçün bu yöndə zaman çərçivəsi müəyyən edilməyib. ABŞ Tiflisin Avropanın siyasi və iqitsadi strukturlarına daxil edilməsi üçün qabaqlar səylər göstərib, Avropa Birliyini bu ölkə ilə siyasi münasibətlərə girmək və Cənubi Qafqazda siyasi proseslərə görə məsuliyyətin bir qismini öz üzərinə götürmək, bölgədə siyasi, hüquqi və iqtisadi ssenarini formalaşdırmağa başlamaq məcburiyyətinə vadar edib. Lakin amerikalılar bu bölgədə faktiki fəal siyasət yürütməyə hazır olmayan avropalıların prinsipial qəbul etməməyi ilə üzləşiblər.

Vaşinqtonun özü isə Cənubi Qafqaz dövlətlərinə, hətta KTMT və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistana nisbətdə fəaliyyətdə də müxtəlif ssenarilərin olduğunu sərgiləməyib. Bu mənada İrəvandakı tez-tez “Qərb çevrilişi” kimi təsvir edilən “məxməri inqilab” geopolitik anomaliya görünür, çünki Ermənistan obyektiv şərtlər və şərait üzündən özünün xarici siyasət kursunu dəyişə bilməz.

Bundan savayı, amerikalıların Suriyaya gəlişi hətta müəyyən daxili ziddiyyətlər olsa da, təhlükəsizlik problemini ön plana çıxardan və Dağlıq Qarabağ daxil olmaqla nisbətən kiçik bölgəsəl münaqişələri bu mövqedən dəyərləndirən Rusiya-Türkiyə-İran alyansının doğulmasına gətirib. Özəlliklə Türkiyə Xarici Siyasət İnstitutu direktoru müavini Hüseyn Bağcı hesab edir ki, bölgə heç kimin dağıtmaq marağında olmadığı energetika və başqa kommunikasiyalarla həddindən artıq doyub. Bağcı bununla yanaşı, “Azərbaycandan Tacikistana qədər Türkiyənin bir çox ölkələrlə təmasının necə olacağı məhz Rusiya ilə münasibətlərdən asılı olacaq, bu isə bildirir ki, Ankara yeni böhranlara yol verməməyə çalışacaq” deyə bildirməklə, bəlkə də, ilk dəfə subordinasiyanı sıralayır.

İran kimi, Türkiyə də Dağlıq Qarabağ münaqişəsinin qaynar mərhələyə keçmək ssenarisini dəstəkləmək niyyətində deyil. Danışıqlar prosesinin qanunauyğun fəallaması da buradandır, düzdür, qabaqkı kimi ATƏT Minsk Qrupunun vasitəçilik səyləri ilə, amma bu prosesi uğurla başa çatdırmağa imkan verəsi çıxış parametrləri dəsti aydın deyil.

Burada başlıcası budur ki, ABŞ-ın Suriyadan qoşunları çıxarmaq qərarı Moskvanın Bakı və İrəvan üçün münaqişənin tənzimlənməsində – az qala, “böhranlı yönəltmə” mexanizmləri səviyyəsində – güzəştli çözümlər aramaq ismarıcıyla üst-üstə düşüb.

Əlbəttə, bu, Rusiyanın Suriya kampaniyasının gedişində əldə etdiyi ciddi aktivlərsiz, çətin ki, baş verərdi. Eyni zamanda Vaşinqton da hazırda inzibati-siyasi həll ssenarisi olmayan kürd problemi üzrə geopolitik aktivlərə malikdir. Amerikalılar can ata bilərlər ki, Yaxın Şərq İraqSuriya savaşlarının yekunları üzrə Amerikanın cızdığı yeni geopolitik gerçəkliklərə uyğunlaşmaq bacarığı sərgiləsin. Bu mənada Azərbaycanın bölgədə səmərəli rol formalaşdırmaqla bağlı tələsməyi gərəkdir, çünki onun üçün potensial təhlükələr şimaldan deyil, cənubdan gəlir və Bakı Amerikanın Avrasiyada yeni bölgəsəl konstruksiyasının dəyirman daşına düşə bilər. Böyük oyunun növbəti turu başlanır.

Tərcümə Strateq.az-ındır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar