Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Atletiko”nun sabiq hücumçusu Azərbaycan klubuna keçir

Malavi millisinin futbolçusu Robin Nqalande Azərbaycanda oynayacaq

26 yaşlı hücumçu bunun üçün viza alaraq bizim klubların təlim-məşq toplanışında olduğu Antalyaya yollanıb.

CAR-ın “Baroka” klubu ilə üç illik müqaviləsini pozan Nqalandenin yeni komandasının adı açıqlanmır. Onun meneceri Pol Mitçel klubun adının hər şey tam başa çatdıqdan sonra açıqlanacağını bildirib:

“Robin Azərbaycandan bir komandaya qoşulacaq. Ancaq biz başqa detalları hər şey bitəndə açıqlayacağıq”.

Qeyd edək ki, Nqalande 2009-cu ildə Əlcəzairdə keçirilən U-17-lərin çempionatında diqqətləri özünə cəlb edib və 16 Avropa klubundan təklif alıb.

O, 2010-cu ilin sentyabrında Madrid “Atletiko”suna keçib. “Atletiko”nun C komandasında oynasa da, 2011-ci ilin yayında Xose Antonio Reyes və Dieqo Kosta kimi əsas heyət oyunçuları ilə məşq keçib.

Robin Nqalande 2012-ci ildən sonra ölkəsi və CAR klublarında çıxış edib. 300 min avro dəyəri olduğu göstərilən futbolçunun Azərbaycan Premyer Liqasının autsayderi “Zirə”yə keçəcəyi gözlənilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar