Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Afrika ölkələri ilə iqtisadi əlaqələri - Vəziyyət nə yerdədir?

Ekspert: “Hazırda Afrika daha çox Türkiyənin maraq dairəsində olan regionlardan biridir”

“Energetika sahəsində Azərbaycan ilə Afrika arasında əməkdaşlıq üçün böyük potensial olduğu deyilsə də, hələlik bunun mövcud olduğunu söyləyə bilmərik”.

Bu sözləri iqtisadçı Vüsalə Əhmədova Azərbaycanın Afrika ölkələri ilə siyasi-iqtisadi əlaqələrini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bir neçə gün əvvəl Zimbabve Prezidenti Emmerson Mnanqaqva Azərbaycanda səfərdə oldu. Səfər çərçivəsində Azərbaycan və Zimbabve bu ölkənin Prezidenti Emmerson Mnanqaqvanın Azərbaycana səfəri çərçivəsində verginin idarəedilməsi və investisiyaların qarşılıqlı qorunması sahəsində Anlaşma Memorandumu imzalamağı planlaşdırılıb. Prezident İlham Əliyev Bakıda səfərdə olan Zimbabve prezidenti Emmerson Mnanqaqva ilə görüşdə bildirib ki, Azərbaycan ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək niyyətindədir.

“Əminəm ki, məhsuldar müzakirələr zamanı biz əməkdaşlığımızın çox mühüm sahələrini müəyyən edəcəyik. Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyası sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik”, deyə prezident İlham Əliyev çıxışında qeyd edib.

Prezident E.Mnanqaqva da öz nöbəsində Azərbaycan haqqında çoxlu məlumata malik olduğunu diqqətə çatdırıb və Azərbaycanın iqtisadiyyatı nın sürətlə inkişaf etdiyini vurğulayıb. “Zimbabve Azərbaycanla əməkdaşlığın inkişafında çox maraqlıdır və biz bu istiqamətdə mühüm addımlar atırıq. Belə ki, bu gün ölkələrimiz neft-qaz sahəsində və kənd təsərrüfatında qarşılıqlı anlaşma haqqında memorandumun üzərində iş aparırlar”, deyə prezident E.Mnanqaqava öz çıxışında bildirib.

Bu görüş fonunda ümumiyyətlə, Azərbaycanın Afrika ölkələri ilə siyasi-iqtisadi əlaqələri və mal dövriyyəsi qənaətbəxş hesab edilə bilərmi? Xüsusilə Azərbaycan mallarının Afrikaya ixracatının artırılması perspektivləri varmı?

Qeyd edək ki, Afrika bazarı bir çox ölkələr üçün proritet təşkil etməkdədir. Son illər Çin Afrikaya böyük sərmayələr qoymaqdadır. Eyni zamanda sanksiyalarla üzləşən Rusiya da artıq Afrika bazarına böyük maraq göstərir. Türkiyə də son illər Afrikada iqtisadi fəaliyyətini gücləndirir. Ankara Mərkəzi Afrika ölkələri ilə siyasi, iqtisadi və mədəni bağlarını da genişləndirməkdədir. Afrikada bazarlarında risk böyük olsa da, burdan əldə olunan gəlir də böyükdür. Həmçinin Azərbaycan mallarının kasıb Afrika ölkələrində idxalı ölkəmizə daha çox mənfəəət gətirə bilər.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədovanın fikirlərini öyrənib.

Vüsalə Əhmədova: “Azərbaycan ilə Afrika arasında əməkdaşlıq üçün böyük potensial olduğu deyilsə də, hələlik bunun mövcud olduğunu söyləyə bilmərik”.

Afrika ölkələri ilə xarici ticarət dövriyyəmizinin qənaətbəxş olmadığını qeyd edən iqtisadçı Vüsalə Əhmədova görə, indiki şəraitdə Afrika əsasən Türkiyənin maraq dairəsinə daxildir:

Azərbaycanın müstəqilliyə nail olduğu 1991-ci ildən bu günə qədər Afrika qitəsini təmsil edən ölkələrlə müxtəlif səpkili əlaqələr qurduğunu deyə bilərik. Bu əlaqələrin daha çox Şimali Afrikada yerləşən İslam ölkələri - Misir Ərəb Respublikası, Əlcəzair Xalq Demokratik Respublikası, Qambiya, Liviya, Mərakeş, Mavritaniya, Qəmər Adaları Birliyi, Sudan və Seneqal ilə qurulduğu deyilir.

Gəlin, Azərbaycanın bu ölkələr ilə 2017-ci il üzrə xarici ticarət dövriyyəsinə nəzər salaq. Misir ilə xarici ticarət dövriyyəsi 8047,5 min ABŞ dolları, Əlcəzair ilə 1004,1 min ABŞ dolları, Liviya ilə 0,1 min ABŞ dolları, Mərakeş ilə 3881,9 min ABŞ dolları, Mavritaniya ilə 51,1 min ABŞ dolları, Qəmər Adaları ilə 5,6 min ABŞ dolları, Sudan ilə 93,8 min ABŞ dolları, Zimbabve ilə 470,4 min ABŞ dolları təşkil edib, Seneqal və Qambiya ilə isə ümumiyyətlə xarici ticarət dövriyyəsi mövcud olmayıb. İdxalın coğrafi quruluşuna nəzər saldıqda isə qarşımıza belə bir mənzərə çıxır: Avropa ölkələri ilə 49,2%, Asiya ölkələri 38,7%, Amerika ölkələri ilə 11,3%, Afrika ölkələri ilə isə cəmi 0,3%. İxracın coğrafi quruluşuna nəzər salsaq, Avropa - 61,9%, Asiya - 32,4%, Amerika - 4,3%, Afrika - 1,4% təşkil edib.

 

Vüsalə Əhmədova: “Afrika ölkələri ilə xarici ticarət dövriyyəmizi nəinki arzuolunan, heç qənaətbəxş də saymaq olmaz”.

Göründüyü kimi, Afrika ölkələri ilə xarici ticarət dövriyyəmizi nəinki arzuolunan, heç qənaətbəxş də saymaq olmaz. İqtisadiyyatın müxtəlif istiqamətlərində xüsusən də energetika sahəsində Azərbaycan ilə Afrika arasında əməkdaşlıq üçün böyük potensial olduğu deyilsə də, hələlik bunun mövcud olduğunu söyləyə bilmərik.

Hazırda Afrika daha çox Türkiyənin maraq dairəsində olan regionlardan biridir. Əslində Afrikayla Türkiyəni bağlayan tarixi bir keçmiş mövcuddur. Afrika ölkələri uzun illər boyunca Osmanlının hakimiyyəti altında olub. Türkiyənin rəsmi olaraq Afrika regionuna marağı 1998-2012-ci illər ərzində başlayıb. 1998-ci ildə Afrika Fəaliyyət Planının qəbul edilməsi ilə Türkiyənin Afrikaya marağı da artdı. Ticarət həcmini artırmaq üçün təşviqatın aparılması və yeni tədbirlər tətbiq edilməsi başlandı. Bu müddətdə “Afrika ölkələri ilə iqtisadi əlaqələrin inkişaf strategiyası” hazırlanıb.

Bu gün Türkiyə Afrikada çox aktiv iqtisadi, sosial və hərbi siyasət yeritməkdədir. Afrika ilə Türkiyənin illik ticarət həcmi 2004-ci ildə 5,6 milyard dollar ikən, bu rəqəm keçən il təxminən 200% artımla 16,7 milyard dollara yüksəlib”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar