Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AGBank” 5 milyonluq əmlakını satdı - Ötən il mənfəət vergisi ödəməyib

Bankın ötən ili 5 milyon manatdan çox mənfəətlə başa vurmasının səbəbi üzə çıxıb

Məlum olub ki, “AGBank” özünə aid 4 milyon 43 min manat dəyərində əmlakı satıb. Nəticədə, əslində ili 2 milyon 569 min manatlıq əməliyyat zərərilə başa vurmasına baxmayaraq, əmlak satışından daxil olan vəsait hesabına zərəri qapada bilib. Satılan əmlakın nədən ibarət olduğu barədə xəbər verilmir.

“Marja”nın bankın hesabatlarına əsaslanan xəbərində deyilir ki, “AGBank” ötən il 52 milyon 90 min manat faiz və qeyri-faiz gəlirini əldə etmək üçün 54 milyon 659 min manat xərc çəkib. Nəticədə, Bankın 2 milyon 569 min manat əməliyyat zərəri yaranıb. Ancaq əvvəlki illər ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 3 milyon 893 min manatı azad olduğundan əməliyyat zərəri bağlanıb. Nəticədə bankın vergi ödənilənədək 1 milyon 324 min manat mənfəəti yaranıb. Bunun da üzərinə əmlakın satışından daxil olan 4 milyon 43 min manatı gəldikdən sonra yekunda bankın mənfəəti 5 milyon 367 min manata yüksəlib. Bütün bunlarla yanaşı, “Marja”nın məlumatına görə, bankın ötən il ümumiyyətlə mənfəət vergisi ödəmədiyi məlum olub.

Deməli, görünən odur ki, bankın, guya, uğurlu maliyyə siyasəti həyata keçirərək, dirçəlməyə başladığına dair yaradılan təsəvvür gerçəkliyi əks etdirmir.

Əslində, “AGBank”ın vəziyyəti devalvasiyalardan və xüsusilə “AGBank”ın əsas səhmdarı və Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin hakimiyyətdəki dayaqlarının sarsılmasından sonra heç cür düzələ bilmir. Söhbət “MTN çətəsinin” ifşasından və Eldar Mahmudovun nazir vəzifəsindən kənarlaşdırılmasından gedir.

Ölkənin maliyyə-bank sisteminin üstünə “çökmüş” bu cinayətkar dəstənin zərərsizləşdirilməsindən sonra hətta bir çox dövlət qurumlarının əməkdaşlığı dayandırdığı “AGBank”ın bundan sonrakı aqibəti barədə dəqiq bir şey söyləmək çətindir. Ancaq onu deyə bilərik ki, bir bankın öz əmlakını satışa çıxararaq, əldə olunan vəsait hesabına mənfəət görüntüsü yaratması heç də işlərin yaxşı getdiyindən xəbər vermir. Əksinə, bu fakt bankın ağır durumdan çıxmaqda ciddi çətinlik çəkdiyini bir daha təsdiqləmiş olur.(azpolitika.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar