Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük maraqla izlənən Dünya İqtisadi Forumu - Forumun əsas əhəmiyyəti nədir?

Dünyanı narahat edən mühüm məsələlərin müzakirə olunacağı budəfəki forum qlobal narahatlıq yaradan bir sıra risk amillərinin müzakirəsi baxımından diqqət çəkəcək

İqtisadçı-ekspert: “Davos Forumu qlobal iqtisadiyyat üçün mühüm istiqamətlərin müəyyənləşdirilməsi və eyni zamanda trendlərin üzə çıxarılması, iqtisadi əməkdaşlığın qurulması üçün əsas platformalardan biridir”

Azərbaycan Davos Forumunun imkanlarından tam olaraq istifadə edə bilmir. Çünki ölkədə iqtisadiyyatının özünün çox ciddi çatışmamazlıqları var”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov bu gün Davosda başlayacaq Dünya İqtisadi Forumunun əhəmiyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Davosda Dünya İqtisadi Forumu öz işinə başlayır. Dünyanı narahat edən mühüm məsələlərin müzakirə olunacağı budəfəki forum qlobal narahatlıq yaradan bir sıra risk amillərinin müzakirəsi baxımından diqqət çəkəcək.

Bu il 49-cu dəfə təşkil olunacaq Dünya İqtsadi Forumunda 110 ölkədən 3 mindən çox siyasətçi, biznesmen, elm adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələri 350-dən çox iclasda iştirak edəcək. “Qloballaşma: Dördüncü sənaye inqilabı dövründə qlobal strukturu formalaşdırmaq” mövzusunda keçiriləcək zirvəyə ABŞ, Böyük Britaniya, Fransa, Koreya Respublikası prezidentləri qatılmasalar da 60-dan çox ölkənin nümayəndələri geniş təhlükəsizlik tədbirləri çərivəsində artıq Davosa gəlir.

Forumun budəfəki gündəmi 2019-cu ilin qlobal risklərinə və onların müzakirəsinə həsr olunacaq. Forumun hazırladığı hesabata görə, bu ilin ən böyük riskləri geosiyasi və geoiqtisadi sferanı əhatə edir, ən çox diqqət çəkən məqam isə iqlim böhranıdır.

Forumun yeni yaydığı Qlobal Risk hesabatında böyük güclər arasında geosiyasi və geoiqtisadi gərginliklərin artdığı, dünyanın bu baxımdan artıq parçalanma mərhələsinə daxil olduğu bildirilir. 2019-cu ilin 5 əsas qlobal risklərindən 4-ü iqlimlə bağlıdır.

Son 10 ilin nəticələrinə görə, artıq iqlim problemləri iqtisadi qayğıların önünə keçib. Enerji ehtiyatlarının qlobal problemlərlə mücadilədən daha çox milli mənafelər uğrunda xərclənməsi isə dünyanı daha dərin çətinliklərə sürükləyəcək. Belə bədbin, həm də nikbin proqnozlar fonunda dünya liderləri yanvarın 22-dən 25-dək birillik beynəlxalq iqtisadi gündəliyin müəyyən olunduğu Davosda toplaşaraq Dünya İqtisadi Forumu çərçivəsində gərgin müzakirələrə qoşulacaq.

Qeyd edək ki, Dünya İqtisadi Forumu ötən əsrin 70-ci illərində professor Klaus Şvab tərəfindən yaradılıb və məhz onun sayəsində kiçik bir qrupdan, hazırda 3 mindən çox iştirakçını qonaqlayan nəhəng təşkilata çevrilib. Azərbaycanı bu forumda ilk dəfə 1995-ci ildə Prezident Heydər Əliyev təmsil edib.

Azərbaycan Respublikasının Dünya İqtisadi Forumunda ilk dəfə iştirakı münasibətilə ölkəmizə həsr olunan görüş keçirilib və ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Beynəlxalq forum 2002-ci ildə ABŞ-dakı 11 sentyabr terror hadisəsinə etiraz əlaməti olaraq ilk dəfə Nyu-Yorkda baş tutub. 2007-ci ildən Dünya İqtisadi Forumuna qatılan Prezident İlham Əliyevin və təşkilatın rəhbəri Klaus Şvabın razılığına əsasən bu forum 2013-cü ildə “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Bakıda təşkil olunub.

Hələ ötən il forum Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 35-ci, ümumi infrastrukturun inkişafına görə 26-cı, inklüziv inkişaf indeksinə görə isə 3-cü yerdə qərarlaşdırıb.

Bütün dünyada böyük maraqla izlənən bu Forumun əsas əhəmiyyəti nədir və bu Forum dünya iqtisadiyyatının nizamlı inkişafında, qlobal risklərin qarşısının alınmasında hansısa rol oynayır, yoxsa bu platforma ancaq böyük biznes nümayəndələri ilə dövlət başçılarının dedi-qodu platformasıdır?

Mözvu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənova müraciət edib.

Rəşad Həsənov: “Son üç ildə başlamış iqtisadi islahatların iqtisadiyyata transformasiya edilməsi fonunda gələcəkdə Davos Forumu Azərbaycana, o cümlədən Ələt azad iqtisadi zonasna, bölgələrə xarici investisiyanın cəlb edilməsində mühüm alətlərdən və platformalardan biri olacaq”.

Bu günə qədər Davos Forumu çərçivəsində çox böyük iqtisadi münasibətlərin gündəliyinin formalaşdığını vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, bunun nəticəsində də bir sıra hallarda qlobal iqtisadiyyatın inkişafını şərtləndirən və yaxud da mövcud qlobal risklərin təsirlərini neytrallaşdıra bilən müxtəlif istiqamətli qərarlar qəbul edilir:

“Davos Forumu qlobal iqtisadiyyat üçün mühüm istiqamətlərin müəyyənləşdirilməsi və eyni zamanda trendlərin üzə çıxarılması, iqtisadi əməkdaşlığın qurulması üçün əsas platformalardan biridir. Yəni Dünya İqtisadi Forumu çox geniş əhatə dairəsinə malik müxtəlif maraq qruplarının bir araya gətirildiyi və müzakirələrin təşkil edildiyi bir platformadır.

Burada həm icraçılar, həm biznes, həm dövlət təmsilçiləri, həm aidiyyatı qurumların təmsilçiləri, həm də hüquqi qanunvericiliyi formalaşdıran qurumların təmsilçiləri eyni zamanda beyin mərkəzləri institutlar təmsil olunur. Bu qurumların hər birinin funksiyası ayrı-ayrılıqda öz öhdəlikləri çərçivəsində qlobal iqtisadiyyatın inkişafı və öz regionlarına, dövlətlərinə məxsus iqtisadi inkişafın təmin edilməsi məsələsidir. Həmçinin Dünya İqtisadi Forumu təcrübənin transformasiyasi, hər hansı müsbət təcrübənin yayılması baxımından çox əhəmiyyətli bir qurumdur.

Bu günə qədər Davos Forumu çərçivəsində demək olar ki, çox böyük iqtisadi münasibətlər gündəliyi formalaşıb. Bunun nəticəsində də bir sıra hallarda qlobal iqtisadiyyatın inkişafını şərtləndirən və yaxud da mövcud qlobal risklərin təsirlərini neytrallaşdıra bilən müxtəlif istiqamətli qərarlar qəbul edilir. Davos Forumunun əsas əhəmiyyətlərindən biri də bundan ibarətdir.

Rəşad Həsənov: “Dünya İqtisadi Forumu təcrübənin transformasiyasi, hər hansı müsbət təcrübənin yayılması baxımından çox əhəmiyyətli bir qurumdur”.

Azərbaycan da təxminən 20 ildir Davos Forumunda müstəqil ölkə olaraq təmsil olunur. Bu Forum çərçivəsində Azərbaycanı təmsil edən nümayəndə heyətinin təqdimatları əsasında Azərbaycan iqtisadiyyatında olan mövcud imkanlar qlobal maraq quruplarına, beynəlxalq ictimaiyyətə çatdırılır. Bunun vasitəsi ilə də Azərbaycanda mövcud olan iqtisadi potensialın xarici investrlar tərəfindən qiymətləndirilməsi və ölkəyə xarici investisiyanın cəlbi baxımından müəyyən bir nəticələrə gətirib çıxarır.

Təbii ki, Azərbaycan Davos Forumunun imkanlarından tam olaraq istifadə edə bilmir. Çünki ölkədə iqtisadiyyatının özünün çox ciddi çatışmamazlıqları var. Azərbaycan iqtisadiyyatında mövcud infrastruktur qlobal investisiyanın ölkəyə surətli axınını təmin edəcək səviyyədə deyil. Amma buna baxmayaraq istənilən halda, xüsusən də enerji sektorunda Azərbaycanın maraqları Davos Forumu çərçivəsində ciddi səviyyədə qorunur.

Ümid olunur ki, artıq son üç ildə başlamış iqtisadi islahatların iqtisadiyyata transformasiya edilməsi fonunda gələcəkdə Davos Forumu Azərbaycana, o cümlədən Ələt azad iqtisadi zonasna, bölgələrə xarici investisiyanın cəlb edilməsində mühüm alətlərdən və platformalardan biri olacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar