Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşadan İran qərarı! Sammitə dəvət etmədilər

Polşanın xarici işlər naziri Jacek Czaputowicz Polşada nəşr olunan “Rzeczpospolita” qəzetinə verdiyi müsahibədə, ABŞ ilə birlikdə Varşavada təşkil edəcəkləri “Yaxın Şərq” Sammitinə ev sahibi ölkə kimi, İranı dəvət etmədiklərini bildirib

Czaputowicz konfransın İranı tamamilə təcrid etmək məqsədilə keçirildiyi sualına, "İranı dəvət etməmişik, çünki belə bir dəvət konfrans çərçivəsində müzakirələrin normal şəkildə həyata keçirilməsinə imkan verməzdi. İranlılar qəbul edilməsi çətin bir dil istifadə edirlər. Son olaraq da belə bir dili Polşa üçün istifadə etdilər" cavabını verib.
Sözügedən konfransla ABŞ-ın Polşadan İran nüvə sazişinə qarşı çıxmasını tələb etməsinə bir addım daha yaxınlaşması, nüvə müqaviləsini dəstəkləyən Brüssel ilə qarşı-qarşıya gələcəyi sualına isə Czaputowicz, "Biz Aİ-yə qarşı deyilik. Biz Avropa Birliyinin üzvüyük və sözügedən müqavilənin müsbət rol oynadığı fikrini bölüşürük" cavabını verib.
Czaputowicz, sözügedən konfransın Aİ-nin bu çıxılmaz vəziyyətdən xilas olması üçün bir fürsət ola biləcəyini də bildirib.

Rusiya konfransda iştirak etməyəcək

Nazir Czaputowicz Rusiyanın da onlara konfransda iştirak etməyəcəyi məlumatını çatdırdığını söyləyərək, "Bu konfransın Rusiyanın maraqlarına xidmət etmədiyini göstərir. Təəssüf. Çünki Rusiya Yaxın Şərqdə mühüm rol oynayır" deyib.
Czaputowicz iştirak etdiyi Brüsseldəki AB xarici işlər nazirləri toplantısında isə Yaxın Şərq Zirvəsinin heç bir dövlətə qarşı keçirilmədiyini qeyd edib. (Müxalifət.az)
pia.az


Etiket: İran Polşa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar