Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Unikal təsirə malik ağrıkəsici dərman hazırlanıb

Amerikalı alimlər unikal təsirə malik ağrıkəsici dərman hazırlayıblar

Pia.az AzərTac-a istinadən bildirir ki, işlənib hazırlanan preparat keyitmə keyfiyyətinə görə tibb praktikasında daha çox istifadə edilən morfini üstələyir.

İndiyədək daha çox təsirli, ən geniş yayılan keyitmə üsulu morfindir. Bu, allergiya reaksiyalı insanları keyfiyyətli tibbi xidmətlə təmin etməkdən ötrü morfindən istifadəni əhəmiyyətli dərəcədə genişləndirməyə şərait yaradır. Bu halda yeni preparatın təsirli maddələri daha təhlükəsizdir, opioidlərə nisbətən daha çox səmərəlidir və asılılıq əmələ gətirmir.

"AT-121" adlandırılan yeni ağrıkəsici heyvanların, o cümlədən insana daha yaxın olan meymunların üzərində sınaqdan keçirilib. Təcrübələrin nəticəsi onun ağrı hisslərini aradan qaldırmaqda, həmçinin opioid asılılığının müalicəsində müvəffəqiyyətini göstərib. Dərmanın tərkibindəki maddələrə asılılığın əmələ gəlməməsi ondan daha geniş istifadə edilməsinə imkan yaradır, preparatın narkotik təsir göstərməsindən sui-istifadənin qarşısını alır.

Opioidlər təbabətdə onların beyin reseptorlarına təsiri sayəsində xroniki ağrıların təcrid edilməsində istifadə olunur. Lakin morfin və buna bənzər maddələr bu zaman beyinin həzz mərkəzini stimullaşdırır ki, bu da bir neçə qəbuldan sonra vərdişə gətirib çıxarır. Statistik göstəricilərə görə, iki milyondan çox insanda məhz keyitmənin bu üsulu nəticəsində asılılıq yaranıb. "AT-121" ağrının aradan qaldırılması zamanı beyinin həzz mərkəzinə heç bir təsir göstərmir və bu, onun əsas üstünlüyüdür ki, preparatı anesteziologiya sahəsində ən perspektivli ixtiraların sırasına çıxarır.
pia.az


Etiket: ağrıkəsici

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar