Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fevralın 5-də Çin təqvimi ilə Yeni il başlanacaq

Fevralın 5-də Çin təqvimi ilə Yeni il - sarı donuz ili başlanacaq

Pia.az AzərTac-a istinadən bildirir ki, Çində Ay təqvimi ilə müəyyən edilən Yeni ilin başlanğıcı qış gün dönümündən (21 dekabr) sonra Ayın ikinci dəfə bədirləndiyi tarixə düşür. Beləliklə, Çində Yeni ilin başlanğıcı yanvarın 21-dən fevralın 20-dək müxtəlif tarixlərə təsadüf edir.

2019-cu ildə planetin əhalisinin dörddə bir hissəsi üçün Yeni il fevralın 5-də başlanacaq. Çinin materik hissəsində, Honkonq, Makao və Tayvan küçələrində və yerli sakinlərin evlərində bayram münasibətilə bəzək işləri başlanıb. Sinqapurda, Cənubi Koreyada və bütün dünyanın çinlilər yaşayan məhəllələrində bu bayramı səbirsizliklə gözləyirlər.

4000 ildən çox tarixə malik olan Yeni il bayramı Çində bütün ailənin bir yerdə toplaşması üçün gözəl fürsətdir. Çinlilər özləri Yeni ili bahar bayramı adlandırırlar.

Ənənəyə görə Yeni il bayramı münasibətilə gəzintilər 16 gün davam edir. 2019-cu ildə Çində Yeni il gəzintiləri fevralın 19-dək davam edəcək. Bayramın sonuncu günü Fənərlər bayramı adlanır.

2019-cu il fevralın 4-dən 10-dək Çində rəsmən qeyri-iş günləridir.
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar