Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pivəyə görə hədə-qorxu gələn şəxslər cəzalandırıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Emin Mərdanov və Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər iki şəxs iki il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E. Mərdanov və E. Hüseynov Bakıda tanışları Sədyar Salayevi hədələyərək, ondan 15 min manat pul tələb ediblər.

İttihama görə, zərərçəkmiş S. Salayev çalışdığı obyektdə qonşusunun pivə oğurladığından şübhələnib və bu barədə tanışları E. Mərdanovla E. Hüseynova deyib. Lakin o, qonşusuna bu barədə heç nə deməməyi xahiş edib.
Daha sonra həmin şəxslər S. Salayevi onun dediyi sözü qonşusuna deyəcəkləri ilə hədələyiblər və ondan 15 min manat pul tələb ediblər.
S. Salayev əvvəl E. Mərdanovla E. Hüseynova 7 min 500 manat pul verib. Həmin şəxslər zərərçəkmişdən növbəti dəfə pul tələb edən zaman o, hüquq-mühafizə orqanlarına müracət edib.

S. Salayev həmin şəxslərlə növbəti görüşdə 2000 dollar pul verib. Bu zaman hüquq-mühafizə orqanları əməkdaşları E. Mərdanovla E. Hüseynovu saxlayıb. Onların barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. (Muxalifet.az)
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar