Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

86 yaşlı alpinist zirvəyə qalxmağı dayandırıb

Yaponiyalı 86 yaşlı alpinist Yuiçiro Miura səhhətində yaranan problemə görə Argentinanın Akonkaqua zirvəsinə qalxmağı dayandırıb

Yuiçiro Miura Cənubi Amerikanın ən yüksək zirvəsinə yanvarın 18-də dırmanmağa başlayıb və dəniz səviyyəsindən 6 min metr hündürlükdə yerləşən düşərgəyədək qalxıb. Zirvənin 6960 metr hündürlükdə yerləşən ən yüksək nöqtəsinə qalxmaq üçün o, iki gün burada havanın yaxşılaşmasını gözləyib.

Y.Miuranın Tokiodakı ofisindən bildiriblər ki, alpinisti müşayiət edən həkimin qəti tələbindən sonra o, bu cəhddən imtina etməyi qərara alıb.

Məlumatda qeyd edilir ki, həkim belə yüksək səviyyədə qalmağın Y.Miuranın bədənini həddindən artıq gərginləşdirdiyini və ürək çatışmazlığına səbəb olduğunu bildirib. Həkim qeyd edib ki, ürəyində problemlər olan Y.Miura zirvəyə qalxmaqda davam edərsə, bu, onun səhhətində ciddi fəsadlar yarada bilər.

Süni peyk vasitəsilə Tokio ilə əlaqə saxlayan Y.Miura zirvəni fəth edə biləcəyinə əmin olmasına baxmayaraq, həkimin göstərişini qəbul etdiyini və ekspedisiyanı dayandırdığını deyib.

Ofisdən bildirildiyinə görə, Y.Miura artıq helikopter vasitəsilə 5500 metr hündürlüyə endirilib. (AzərTac)
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar