Venesuelanın paytaxtı Karakas şəhərində hərbi çevriliş cəhdinə görə saxlanılan hərbçilərin sayı 40-a çatıb
Yerli KİV xəbər verir ki, saxlanılan şəxslər məhkəmələrə gətirilib. Şahidlərin verdiyi məlumatlara görə, gətirilmə əsnasında nəzarətçilər tərəfindən atəş açılması halları olub.
Daha əvvəl paytaxtın qərbində Milli Qvardiya qərargahının zəbt olunduğu xəbəri verilmişdi. (Report)
pia.az