Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Tbilisidə keçirilən regional təhlükəsizlik təlimində təmsil olunub

Gürcüstanın paytaxtı Tbilisi şəhərində müdafiə və təhlükəsizlik məsələlərinə həsr olunmuş regional təlim keçirilir

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. (Report)

İki həftə davam edəcək təlimdə Azərbaycan, Gürcüstan və Ermənistanın müdafiə və təhlükəsizlik sahələrini təmsil edən nümayəndələr iştirak edirlər.

Tədbirin məqsədi təhlükəsizlik sahəsində məlumatlandırılmanın artırılması, yeni təcrübələrin qazanılması və aktual mövzuları müzakirə etməkdir.

Təlim çərçivəsində regionda müdafiə və təhlükəsizlik məsələləri də nəzərdən keçiriləcək. Kursu Böyük Britaniyadan olan təlimçilər aparacaq.

Təlim təhlükəsizlik sahəsində mövcud çağırışlar, hərbçilər və vətəndaşlar arasında əməkdaşlıq, strateji planlaşdırma, müdafiənin təşkili, insan resursları, media ilə əlaqələr və digər mövzulara həsr olunacaq.

Böyük Britaniyanın Gürcüstandakı səfiri Castin Makkenzi təlimin açılış mərasiminə qatılıb. O, tədbirin əhəmiyyəti barədə danışıb və iştirakçılara uğurlar arzu edib.

Kurs Böyük Britaniyanın Müdafiə Akademiyası, bu ölkənin Gürcüstandakı səfirliyi və Gürcüstanın Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar