Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropalı nazirlər Skripal olayına görə sanksiyaları təsdiqlədi

Rusiya və Suriya təşkilatlarına və rəsmilərə qadağalar qoyuldu

Avropa Birliyinin xarici işlər nazirləri kimyəvi silah hücumlarında əli olmaqda şübhəli bilinən SuriyaRusiya vətəndaşlarına və qurumlarına hədəfli sanksiyaları təsdiqləyib.

PİA.AZ “Azadlıq” radiosuna istinadən xəbər verir ki, yanvarın 21-də nazirlər dörd rusiyalı, beş suriyalı və Suriyanın bir təşkilatına qarşı aktivlərin dondurulması və viza qadağasını təsdiqləyib. Tam siyahının bu gün açıqlanacağı gözlənir.
Bu sanksiyalar Suriya hökumətinin kimyəvi silahlardan istifadə iddiaları ortaya çıxınca, rusiyalı keçmiş casus Sergey Skripal və qızının ötən ilin martında İngiltərənin Solsberi şəhərində sinir qazıyla zəhərlənməsinə görə tətbiq edilir.

AB səfirləri yanvarın 16-da sanksiyaları təsdiqləyib, onların Rusiyanın dörd hərbi kəşfiyyat zabitinə hədəfləndiyini bildirib. Britaniya kəşfiyyatı onların Skripala hücumda əli olduğunu müəyyənləşdirib. Onlardan ikisi Aleksandr Petrov və Ruslan Bəşirov adları olan pasportlardan istifadı edərək Britaniyada olmuşdular.

“Bellingcat” müstəqil araşdırma təşkilatı bu iki nəfərin Aleksandr Mişkin və Anatoli Çepiga olduğunu, hər ikisinin Rusiyanın GRU hərbi kəşfiyyat idarəsi üçün çalışdığını müəyyənləşdirib. Ancaq onlar GRU-da çalışdıqlarını, Skripal hücumunda əli olduqlarını danıblar, di gəl, hadisə baş verən zaman Solsberidə olduqlarını boyunlarına alıblar.

Britaniya hakimiyyəti Skripallara hücumda istifadə olunmuş sinir qazıyla daha iki britaniyalının zəhərləndiyini, onlardan birinin iyulda vəfat etdiyini açıqlayıb.

Kremlin sözçüsü Dmitri Peskov isə yeni sanksiyaları əhəmiyyətli saymır. O deyib ki, Britaniya Mişkin və Çepiganın hücumda əli olmasına dair sübut ortaya qoymayıb.

pia.az


Etiket: Sripal işi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar