Cümə, 26 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

KİV: "Barselona" tanınmış hücumçunu icarəyə götürür

İspaniyanın “Barselona” klubu İtaliya “Sassuolo”sunun futbolçusu Kevin-Prins Boatenqi icarəyə götürəcək

“Report”un məlumatına görə, bu barədə italiyalı jurnalist Canluka Di Martsio şəxsi saytında yazıb. O, bildirib ki, Kataloniya təmsilçisi 32 yaşlı hücumçunu 2 milyon avro qarşılığında cari mövsümün sonuna qədər icarəyə götürməklə bağlı klubu ilə razılığa gəlib.

Müqavilədə “Barselona”nın qanalı forvardı 8 milyon avroya birdəfəlik transfer etməyə imkan verəcək bənd də yer alacaq.

Qeyd edək ki, Boatenq karyerası ərzində İtaliyanın “Milan”, Almaniyanın “Herta”, “Ayntraxt”, Dortmund “Borussiya”sı, İngiltərənin “Tottenhem” və İspaniyanın “Las Palmas” komandalarında çıxış edib. O, cari mövsümdə A seriyasında 4 qol vurub və1 məhsuldar ötürmə verib.

pia.az

Etiket: "Barselona"

Şərh yazın.

loading...