Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva “Twitter” və “Facebook”-a qarşı tədbirlərə başladı

Sosial şəbəkələrdən serverlərini Rusiyada saxlamaq tələb olunur

Rusiyanın kommunikasiyalara nəzarət qurumu ABŞ-ın “Twitter” və “Facebook” sosial şəbəkələrinə qarşı administrativ prosedurlar başladıb. Bu şəbəkələrin rusiyalı vətəndaşlar barədə şəxsi məlumatların Rusiyadakı serverlərdə saxlanmasını tələb edən qanunvericiliyə əməl etmədiyi iddia olunur.

“Roskomnadzor” yanvarın 21-də bildirib ki, bu iki şirkət sözügedən qanunvericiliyə necə əməl edəcəyinə dair planlarını açıqlamayıb.

““Facebook” və “Twitter” sosial şəbəkələrinə nəzarət edən şirkətlər tələblərimizə yalnız rəsmi cavab veriblər ki, rusiyalı istifadəçilərin şəxsi databazalarının Rusiyada yerləşdirilməsini təsdiqləyirlər”, – “Roskomnadzor”- un mətbuat xidməti bəyanatında deyir.

Agentliyin rəhbəri Aleksandr Zarov hələ dekabrda şirkətlərə xəbərdarlıq etmişdi ki, Rusiya qanunvericiliyinə əməl etmirlər. Agentlik yanvarın 17-ni son tarix qoymuşdu, cavabları alıb, ancaq onları yetərli saymayıb.

Administrativ prosedura uyğun olaraq, şirkətlər 5 min rubl (75 dollar) cərimələnə, onların qanunvericiliyə əməl etməsi üçün altı aydan bir ilədək vaxt qoyula bilər.

Şəxsi informasiyalar barədə qanun 2015-ci ilin sentyabrında qəbul olunub, yerli və xarici şirkətlərdən rusiyalı vətəndaşların şəxsi məlumatlarını Rusiyadakı serverlərdə saxlamaq tələb olunur.(Azadlıq radiosu)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar