Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın prezidentliyinin ikinci ili: Dünyada və Amerikada nə dəyişdi?

REAL funksioneri: “Donald Trampın son iki ildə fəaliyyəti həm ABŞ siyasətində, həm də dünya siyasətində bir çox yeni yanaşmaların, öncədən alışmadığımız qərarların verilməsinə və bu yöndə müəyyən addımların atılmasına səbəb oldu”

“Trampın seçki öncəsi verdiyi vədlərdən ən böyüyü ABŞ maraqlarını hər şeydən üstün tutmaq və beynəlxalq oyun qaydalarını heçə sayaraq ABŞ maraqlarını önə çəkmək idi. Tramp bu vədinin bəzi hissələrini həyata keçirməyə başlayıb”.

Bu fikrləri REAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli Donald Trampın Ağ Evdə ABŞ prezidenti kimi vəzifələrinin icrasına başlamasından iki ilini ötməsini PİA.az-a şərh edərkən qeyd edib.

Yanvarın 20-də ABŞ-ın 45-ci prezidenti Donald Trampın hakimiyyətə gəlməsinin iki ili tamam oldu. Ağ evin 71 yaşlı sahibinin ötən iki ildə yaddaqalan fəaliyyətindən bəhs edəcəyik.

Tramp prezidentliyinin ilk günündə protokol qaydalarına əməl etməkdə çətinlik çəkən kimi görünürdü. Belə ki, əvvəlcə İsrailin paytaxtı Təl-Əvivdəki Ben-Qurion hava limanında, sonra isə Romada təyyarədən düşərkən xanımının əlindən tutmağa çalışsa da, əslən sloveniyalı olan Melaniya buna imkan verməmişdi. Bu, adi hal sayılsa da, prezidentlər üçün protokol qaydaları mövcuddur.

Trampın prezidentliyinin bir ilində ABŞ iqtisadi baxımdan birinciliyini yenə qoruyub saxlaya bildi. Dünya Bankının açıqladığı ən son məlumatlara görə, ABŞ iqtisadiyyatı 18 trilyon dollarlıq (24.3 faiz) bir həcmə sahibdir. Bu isə dünya iqtisadiyyatının, təxminən, qalan dörddə birini təşkil edir.

ABŞ-ın 45-ci prezidentinin seçkiqabağı verdiyi vədlərdən biri mühacir məsələsi idi. Tramp seçiləndən sonrakı ilk çıxışlarından birində demişdi: “ABŞ-da qeyri-qanuni mühacir kimi yaşayan kriminal keçmişli şəxslər, narkotik alverçiləri, quldur dəstələrinin üzvləri deportasiya olunacaqlar. Belə insanların sayı, təxminən, 2-3 milyon nəfərdir” . O, 7 müsəlman ölkəsinin - Suriya, İran, İraq, Liviya, Somali, Yəmən və Sudan vətəndaşlarının ABŞ ərazisinə girişini qadağan edən sənədi də imzalayıb.

Trampın prezidentliyinin bir ilində ən yaxın müttəfiqlərindən biri sayılan Türkiyə ilə ABŞ-ın münasibətlərində ciddi soyuqluq yaranıb. Rəsmi Ankara Vaşinqtonu Suriyaİraqdakı terrorçu PKK-nın qollarını müdafə etməkdə və silahlandırmaqda ittiham edir. ABŞ isə bunları təkzib etməklə yanaşı, iddialara qarşı əsaslı fakt göstərə bilmir.

ABŞ prezidenti İrana qarşı da sərt çıxışlarına ara vermir. Hətta 2015-ci il iyulun 15-də İranla “altılıq” ölkələri arasında imzalanan Əhatəli Razılaşma müqaviləsindən ABŞ-ın çıxacağını bildirir.

Birləşmiş Ştatların tarixində Trampın seçkiqabağı kampaniyası və ondan sonrakı dövr üçün yadda qalacaq hadisələrdən biri də Rusiya ilə bağlıdır. Trampın seçki qərargahının üzvlərinin Rusiya ilə şübhəli əlaqələri ilə bağlı hələ də araşdırma aparılır. 45-ci prezidentin administrasiyasının bir neçə üzvü bu qalmaqallı hadisənin qurbanı olaraq istefaya göndərilib.

ABŞ prezidenti Donald Trampın prezidentliyinin ikinci ilində ən yadda qalan qərarı ABŞ qoşunlarının Suriyadan çıxarılması qərarı oldu. Öz "Twitter" səhifəsində ABŞ qoşunlarının Suriyadan çıxarılmasının vaxtının çatdığını yazdı: "Uzun müddətdir ki, Suriyada müharibə aparırıq. İki ilə yaxındır ki, Birləşmiş Ştatlar prezidentiyəm. Həqiqətən, irəliləyişə nail olmuşuq. İŞİD-i məğlub etdik və torpaqları geri aldıq".

Tramp 2020-ci ildə də prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. O, indiyədək heç bir dövlət postu tutmayıb. O, bir iş adamı, milyarder olub.

Bu iki ildə dünyada və Amerikada nə dəyişdi? Trampın siyasi mirasının davam edəcək, yoxsa bu siyasi kurs Trampla birlikdə iflas edəcək?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı REAL Partiyasının icraçı katibi, ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli: “Trampın növbəti dəfə namizəd olmağa və seçkilərdə uğur qazanmağa kifayət qədər böyük şansı olacaq”.

ABŞ kimi böyük dövlətin ÜDM-da 3% civarında artmasını iqtisadiyyatda müəyyən pozitiv dinamikanın olduğunun göstərcisi kimi qiymətləndirən iqtisadçı əlavə edib ki, əgər bu dinamika davam edəcəksə və Tramp ciddi səhvlər etməzsə, yəni Tramp sözlü müdaxilələrlə, öz cıxışları, qeyri-populyar yanaşmaları ilə böyük səhvlər etməzsə, növbəti dəfə namizəd olmağa və seçkilərdə uğur qazanmağa kifayət qədər böyük şansı olacaq:

Donald Trampın son iki ildə fəaliyyəti həm ABŞ siyasətində, həm də dünya siyasətində bir çox yeni yanaşmaların, öncədən alışmadığımız qərarların verilməsinə və bu yöndə müəyyən addımların atılmasına səbəb oldu. Hətta ABŞ siyasi elitasıın tarixində belə bu tip prezidentlik üsulu, idarəetmə üsulu bu günə qədər görünməmişdir.

ABŞ-da belə bir deyim var ki, Tramp öz komandasından daha çox tviterə inanır və tviter vasitəs ilə dünyanı idarə etməyə çalışır. Doğrudan da Tramp əsas mesajlarını sosial mediya, tviter üzərindən paylaşaraq öncədən veriləcək qərarların anonsun verərək müəyyən dərəcədə fikir formalaşdırmağı və fikir yönləndirməyi çalışır. Müxtəlif qeyri-populyar qərarların alınmasının da şahidi olduq.

Xatırladım ki, Trampın seçki öncəsi verdiyi vədlərdən ən böyüyü ABŞ maraqlarını hər şeydən üstün tutmaq və beynəlxalq oyun qaydalarını heçə sayaraq ABŞ maraqlarını önə çəkmək idi. Tramp bu vədinin bəzi hissələrini həyata keçirməyə başlayıb. Yəni gömrük və vergi üsullarının artırılması, ticarət müharibələrinin ABŞ-ın maraqları çərçivəsində aparılması, Suriyada qoşunların geri çəkilməsi ilə bağlı bir neçə gün öncə verdiyi qərar vəs. bütün bunlar onu deməyə əsas verir ki, Trapın idarəetmə fəlsəfəsində əsasən siyasi çıxarlardan daha çox iqtisadi maraqlar dayanır.

Çox güman ki, Trampın özünün iş adamı olması keçmişindən irəli gələrək əsasən biznes maraqları, iqtisadi maraqlar önə çəkilir. Tramp bu yöndə ABŞ-ın gücündən istifadə edərək bəzən qeyri-popular, bəzən dünyaya ziyanlı, bəzən də ətraf ölkəyə ziyan verən, amm ABŞ-a xidmət edən qərarların alınmasına çalışır.

Natiq Cəfərli: “Tramp əsas ticarət, yəni gömrük rüsumları, iqtisadi maraqlarlarla bağlı maraqlı və qeyri-populyar addımlar atdı”.

Onu da qeyd edim ki, Tramp bu yöndə müəyyən addımlar da atıb. Belə ki, Trampdan öncə olan prezidentlər Çinlə tariflərin və gömrük rüsumlarının tənzimlənməsi üçün uzun-uzadı danışıqlar aparırdılar. Amma Tramp bir gecənin içində bir qərarla bu məsələnin ABŞ-ın xeyrinə həll edilməsi istiqamətində addım atdı və Çini məcbur etdi ki, danışıqlar masasına oturub müəyyən qərarlar versin.

Rusiya ilə bağlı da maraqlı proseslər oldu. Trampın seçkiləri böyük skandallarla yadda qaldı və Rusiya ilə sıx iş birliyinin olduğu xəbərləri yayıldı. Hətta cinayət araşdırmaları da aparıldı və Trampa yaxın müəyyən şəxslər dindirildi. Amma hələ ki, Rusiya ilə bağlı ciddi faktlar, dəlillər ortaya qoyulmadı. Yəni Trampın Rusiya ilə hansı səviyyədə münasibətlərinin olması məlum olmadı. Amma buna baxmayaraq ABŞ Rusiyaya qarşı sərt tutumunu da davam etdirdi. ABŞ Rusiyaya qarşı həm sanksiyaların həcmini, həm tətbiq qaydalarını və sahələrini artırdı, həm də Rusiya ilə kifayət qədər sərt münasibətlərin olduğu bir dönəmi yaşadı.

Tramp əsas ticarət, yəni gömrük rüsumları, iqtisadi maraqlarlarla bağlı maraqlı və qeyri-populyar addımlar atdı.

Onu da qeyd edim ki, son zamanlar ABŞ-da Trampın populyarlığı o qədər də güclü deyil. Trampın verdiyi qərarlar, açıqlamalar uzun illərdir ABŞ-ın öyrəşdiyi və uzun illərdir ABŞ-ın gördüyü siyasət tərzi deyil deyə, bəzən çox ciddi qıcıqla qarşılanırdı.

Natiq Cəfərli: “Əgər ABŞ-ın iqtisadi göstəricilərində ciddi problemlər yaşanmasa və ABŞ əhalisinin işsizliklə, qiymət artımı ilə bağlı probelmləri olmasa, amerikalılar növbəti dəfə Trampı dəstəkləyə bilərlər”.

2019-cu il Tramp siyasəti üçün həlledici il olacaq. Çünki ABŞ-da siyasət fərqli qurulub. 2020-ci ildə prezident seçkiləri olacaq, amma demək olar ki, bu ildən artıq kompaniya başlayacaq. Yəni hər dəfə seçkilərə təqribən iki il qalmış kompaniyanın startı verilir. Əvvəl ilk addımlar atılır və bu ilin sonundan isə hətta namizədlərin dəqiqləşməsi, debatların başlanması olacaq.

Bu iş də həlledici olacaq. Əgər ABŞ-ın iqtisadi göstəricilərində ciddi problemlər yaşanmasa və ABŞ əhalisinin işsizliklə, qiymət artımı ilə bağlı probelmləri olmasa, amerikalılar növbəti dəfə Trampı dəstəkləyə bilərlər.

Ən böyük addım da ABŞ-ın ÜDM-un artım tempidir və son zamanlar bu tempdə ciddi artım müşahidə olunur. ABŞ kimi böyük dövlətin ÜDM-da 3% civarında artması iqtisadiyyatda müəyyən pozitiv dinamikanın olduğunu göstərir. Əgər bu dinamika davam edəcəksə və Tramp ciddi səhvlər etməzsə, yəni Tramp sözlü müdaxilələrlə, öz cıxışları, qeyri-populyar yanaşmaları ilə böyük səhvlər etməzsə, düşünürəm ki, növbəti dəfə namizəd olmağa və seçkilərdə uğur qazanmağa kifayət qədər böyük şansı olacaq. Çünki Trampın rəqibi olan Demokratlar partiyasının ciddi bir rəqibi ortaya çıxara bilməsi hələ görünmür”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar