Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tomas de Vaal: “İlk dəfədir ki, Qarabağ danışıqlarında irəliləyiş müşahidə olunur”

“Son bir neçə ildə ilk dəfədir ki, Qarabağ danışıqlarında irəliləyiş müşahidə olunur”

Bu sözləri britaniyalı jurnalist və yazar, Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal 2019-cu ildə Dağlıq Qarabağ konflikti istiqamətində hansı dəyişikliklərin gözlənildiyi haqda axar.az-a danışarkən deyib.

Ekspertin sözlərinə görə, xarici işlər nazirlərinin Paris görüşü bu cəhətdən xüsusi əhəmiyyət kəsb edir: “Sözügedən görüşdən sonra ATƏT-in həmsədrləri olduqca həvəsləndirici (ümid vəd edən) bəyanatla çıxış etdilər. Bu tipli bəyanatı sonuncu dəfə mən 2011-ci ildəki Kazan görüşündən sonra müşahidə etmişdim. Nə dəyişdi? Aydındır ki, Ermənistanda legitimliyi olan və rəhbərləri 1990-cı illərin müharibəsində birbaşa iştirak etməyən bir hökumətin hakimiyyətə gəlməsi dinamikanı dəyişdi. Azərbaycan tərəfi də Qərb tərəfdaşlarına müsbət təkliflər irəli sürə bildiyini sübuta yetirmək istəyir. Həmsədrlərin bəyanatında ən maraqlı məqamlardan biri də nazirin “əhalini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinin zərurəti” ilə razılaşması faktı oldu. Bu yeni bir şeydir – sülh razılaşmasının kağız üzərində iki liderin imzası ilə deyil, həm də erməni və Azərbaycan xalqlarının dəstəyini tələb etdiyinin etirafıdır. Bütün bunları vurğuladıqdan sonra bir az realist olmalıyıq. İki tərəfin də mövqeyi hələ də çox uzaqdır. Onlar təxminən iki il yarım müharibə astanasında idi. Mən bunu vəziyyəti sabitləşdirmək və sülh prosesinin yenidən başlanğıcı üçün atılmış hər hansı bir addımdan daha güclü olduğunu düşünürəm”.

Qeyd edək ki, AzərbaycanErmənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra Azərbaycan Xarici İşlər Nazirliyi “faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını” bəyan edib.

XİN-nin sözçüsü Leyla Abdullayeva “BBC Nyus Azərbaycanca”ya deyib ki, çərşənbə günü iki ölkənin xarici işlər nazirləri Paris görüşündə “ölkə əhalisini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə” razılaşıblar.

pia.az


Etiket: Tomas de Vaal

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar