Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı mağazalarından Krım dondurmaları yığışdırıldı

Ukrayna səfirliyi təcili işə qarışdı

Ukraynanın Bakıdakı səfirliyi mağazalardan Krımda istehsal olunmuş dondurmaların və Krımın Rusiya ərazisi kimi göstərildiyi kitabların satışdan yığışdırılmasına nail olub.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, ötən ilin sonlarında Azərbaycanda olan Ukrayna vətəndaşları ticarət şəbəkələrində etiketində aşağıdakı qeydlər olan dondurmaları aşkar ediblər: “Dobroe” MMC: 295034 Rossiya, Krım Respublikası, Simferepol, ulitsa Kuybışeva, dom 29, kvartira 107”

Ukraynalı turistlər bu dondurmanı aldıqları supermarketə geri qaytarıblar. Və bununla da kifayətlənməyiblər, Ukraynanın Bakıdakı səfirliyinə müraciət ediblər. Səfirlik isə öz növbəsində Azərbaycanın hakimiyyət orqanlarına müraciət edərək satışdan Krımda istehsal olunmuş dondurmaların yığışdırılmasını və onun ölkə ərazisinə gətirilməsinin qadağan edilməsini istəyiblər. Çünki bu fakt rəsmi Bakının Ukraynanın ərzi bütövlüyünə və suverenliyinə dair mövqeyinə ziddir.

Ukrayna səfiri təcili qaydada Azərbaycanın bəzi nazirliklərinin və dövlət orqanlarının rəhbərləri ilə görüşüb, Krımda istehsal olunmuş malların ölkə ərazisinə gətirilməsi və satışının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsini istəyib. Hüquq-mühafizə orqanlarına tapşırılıb ki, ticarət şəbəkələrindən Krımın Rusiya ərazisi olduğunu göstərən bütün malların yığışdırılması üçün tədbirlər görülsün. Nəticədə dondurmalarla yanaşı kitab mağazalarından kitablar,dərsliklər, Rusiya nəşriyyatlarının ensiklopediyaları, atlaslar yığışdırılıb.

Ukrayna səfirliyi bildirir ki, bu məsələni nəzarətdə saxlayır və Azərbaycanın hüquq-mühafizə orqanları, habelə “qaynar xətt” vasitəsilə Ukrayna vətəndaşları ilə daimi təmasdadır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar