Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Interpol" azərbaycanlı milyarder və həyat yoldaşının işini araşdırır

Azərbaycanlı milyarder Fərhad Əhmədov və vəkillərinin keçmiş arvadı Tatyana Əhmədovanın sərvətini saxtakarlıq yolu ilə mənimsəməsi faktı araşdırılır

Bu barədə "The Guardian" nəşri məlumat yazıb. Bildirilir ki, milyarder sərvətinin böyük bir hissəsini keçmiş həyat yoldaşı T.Əhmədovaya köçürmə öhdəliklərini aradan qaldırmaq üçün yeni yollar axtarır.

Xatırladaq ki, cütlük boşandıqdan sonra London məhkəməsi Əhmədovun sərvətinin yarısını arvadına verməsi barədə qərar qəbul etmişdi. Lakin bir neçə ildir milyarder bu qərara etiraz edir. O, məhkəmədə arvadından onun İngiltərə vətəndaşı olmadan öncə boşandığını söyləmiş, lakin 2016-cı ildə məhkəmə təqdim olunan sənədlərin saxta olduğu qənaətinə gəlmişdi. Zyusinsk Bölgə Məhkəməsi isə nikahın həqiqətən 2000-ci ildə pozulduğunu təsdiqləyib.

Bundan sonra milyarder "Interpol"un Rusiya nümayəndəliyinə müraciət edərək, məsələnin araşdırılmasını istəyib.

Hazırda "Interpol" Əhmədov və vəkillərinin arvadının sərvətini ələ keçirmək üçün saxtakarlıq edib-etmədiklərini araşdırır.(Qaynarinfo)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar