Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polis polkovnikinin inanılmaz sərvəti: Minlərlə evi, şadlıq sarayları, otellər…

Azərbaycanın istiqlalının əleyhinə səs vermiş Ali Sovetin sabiq deputatı, 25 ildən artıq bir müddətdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olan Əhməd Əhmədzadənin yaratdığı geniş biznes şəbəkəsi ilə bağlı məlumatlar yayılmaqdadır

Bu məlumatlarda Əhmədzadənin Qaxdan İngiltərəyə uzanan biznes imperiyasında saysız-hesabsız şirkətlərin və otellərin olduğu əksini tapıb.

Araşdırma yazılarında nazir statuslu Əhməd Əhmədzadənin ailə üzvlərinin və yaxın qohumlarının adına çoxsaylı şirkətlər olduğu bildirilir.

Əhmədzadənin belə qohumlarından biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində şöbə müdiri işləyən İlham Rəcəbovdur. Polis polkovniki İlham Rəcəbov Əhməd Əhmədzadənin qızının həyat yoldaşıdır.

AzToday.az-a daxil olan məlumatda bildirilir ki, İlham Rəcəbovun təkcə Bakıda minə yaxın evi var. Həmçinin, polis polkovniki şadlıq saraylarına, otellərə və başqa biznes obyeklərinə də sahibdir. Bundan başqa Bakıda məşhur Sirr Şirniyyat şəbəkə evləri də İlham Rəcəbova məxsusdur. Quba və Qax rayonlarında da obyektlərə sahib olan İlham Rəcəbovun biznesinin və sahib olduğu əmlaklarının böyük hissəsi qızı Səba Rəcəbovanın adına olduğu deyilir.

Maraqlıdır ki, DYP-də şöbə müdiri işləyən və qaynatasının hesabına geniş biznes şəbəkəsinə sahib olan İlham Rəcəbovun polis sistemində də mənfi imici var.

İlham Rəcəbovun məxsus olduğu geniş biznes şəbəkəsi ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar